Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Husilər Qırmızı dənizdə hücumlardan qaçmaq üçün həll yolu təklif ediblər

Qırmızı dənizdə Bab əl-Məndəb boğazından keçən ticarət gəmiləri müəyyən şərtlər daxilində yəmənli husilərin hücumlarına məruz qalmayacaq...

Poliqon İsrailin “Times of Israel” qəzetinə istinadən xəbər verir ki, bunu Husilərin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi açıqlamasında deyib.

“Boğaza yaxınlaşan gəmilərin sahibləri İsraillə əlaqələrinin olmadığını açıq şəkildə bəyan etməlidirlər. Sonradan gəmi, bu açıqlamaya baxmayaraq, İsrail limanına üz tutsa, qara siyahıya düşəcək”, deyə Husilərin sözçüsü qeyd edib.

Əl-Husi belə bir təklifi Qırmızı dənizdəki gərginliyi azaltmaq üçün “sadə və ucuz həll yolu” hesab edir.

Qeyd edək ki, Yəmənin Qırmızı dəniz sahillərinin böyük hissəsinə nəzarət edən husilər daha əvvəl İsraillə əlaqəsi olan istənilən gəmiyə hücum edəcəkləri ilə hədələyiblər. Radikallar digər ölkələri öz ekipajlarını İsrail gəmilərindən çıxarmağa və dənizdə onlara yaxınlaşmamağa çağırıblar. Bu, bir sıra gəmiçilik şirkətlərinin Qırmızı dəniz vasitəsilə daşımaları müvəqqəti dayandırmaq qərarına gəlməsinə səbəb olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ən çox oxunanalar