Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hökumət iki il ərzində antiinflyasiya tədbirlərinin nəticələrini açıqlayıb

Azərbaycanda inflyasiya 2023-cü ilin I rübündən sonra azalmağa başlayıb...

Poliqon-un xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Antiinflyasiya tədbirləri və onun iqtisadi nəticələrinə dair xüsusi bülleten”ində əksini tapıb.

Qeyd edilib ki, 2022-ci il fevralın 21-də Nazirlər KabinetiAzərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamı imzalayıb.

Görülmüş tədbirlərin nəticəsində artıq 2022-ci ilin doqquzuncu ayından başlayaraq orta illik inflyasiya sabitləşməyə başlayıb, orta aylıq inflyasiya isə sentyabrdan dekabra qədər 3.1%-dən 1%-ə qədər azalıb. 2022-ci ildə illik inflyasiya 14,4 faiz (2022-ci ilin dekabr ayı 2021-ci ilin dekabr ayına nəzərən), orta illik inflyasiya isə 13,9 faiz təşkil edib. Təhlillər göstərib ki, qiymət artımının birbaşa və dolayı olaraq əhəmiyyətli hissəsi xarici mənşəli xərc amilləri ilə bağlıdır: “İdxal üzrə illik qiymət indeksinin artımı 22,2% oldu ki, bu da dünya əmtəə qiymətlərinin və daşınma-logistika xərclərinin yüksəlməsi, habelə ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya templərinin artması (orta illik inflyasiya 20,4%) ilə izah edilirdi. Xüsusilə dünya ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərdi (2022-ci ilin dekabr ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 551,08 manat təşkil etmişdi). 2022-ci ilin son rübündə inflyasiyanın artım tempi dayandırıldı və sabitləşdi, enmə meylləri müşahidə olundu. Ancaq bununla belə, il ərzində ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla inflyasiyanın işgüzar fəallığa və əhalinin sosial rifahına təsirlərini minimallaşdırmaq məqsədilə hökumət tərəfindən antiinflyasiya tədbirlərinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirildi”.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2023-cü ilin sonunda 12 aylıq inflyasiya 2,1% təşkil etməklə hədəf (4±2%) diapazonunun aşağı hissəsində formalaşıb. 2023-cü ildə orta illik inflyasiya birrəqəmli səviyyədə 8,8% olub.

Tənzimlənən qiymətlərin, həmçinin mövsümi xarakterli məhsulların qiymət dəyişimi nəzərə alınmadan hesablanan baza inflyasiyasının tempi də azalaraq dekabrda 2,3% olmuş, inflyasiyanın bütün komponentləri üzrə azalma müşahidə edilmişdir. Ümumilikdə, 2023-cü ilin dekabrında illik inflyasiya ərzaq məhsulları üzrə 0,8%, qeyri-ərzaq məhsulları üzrə 2,7%, xidmətlər üzrə isə 3,7% təşkil edib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ən çox oxunanalar