Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hizbullah” İsrailin şimalındakı aviabazaya zərbələr endirib

Şiə qruplaşması İsrailin şimalındakı Ramat David aviabazasına və Megiddo hava limanına hücumlar edib...

Poliqon xəbər verir ki, bu barədə Livanın “Hizbullah”a bağlı “Əl-Mənar” telekanalı məlumat yayıb. Telekanal bildirib ki, İsrail hədəfləri onlarla raketlə vurulub.

Söhbət Fadi-1 (uçuş məsafəsi 80 km) və Fadi-2 (uçuş məsafəsi 105 km) raketlərinin hücumlarından gedir. Ramat David aviabazası və onun yanında yerləşən Megiddo hava limanı Livan sərhədindən 50 km aralıda yerləşir. İsrail Müdafiə Qüvvələri (IDF) İsrailin şimal hissəsində bu gecə üç dəfə sirenlər çaldığını bildirib.

Sentyabrın 23-ü axşam saatlarında İsrailin müdafiə naziri Yoav Qalant ölkənin bütün Livan ərazisinə zərbələr endirəcəyini bəyan edib. Hücum əməliyyatı çərçivəsində İsrail ordusu “Hizbullah”ın hərbi infrastrukturuna, o cümlədən silah anbarlarına hücum etmək niyyətindədir. Həmin gün İDF 1,1 min Hizbullah hədəfinin məhv edildiyini açıqlayıb. Hər iki tərəfin artan hücumları ilə müşayiət olunan münaqişənin gərginləşməsi sentyabrın 17 və 18-də Livanda rabitə cihazlarının silsilə partlayışlarından sonra başlayıb. Partlayışlarda onlarla insan ölüb, 3 minə yaxın insan yaralanıb.

Sentyabrın 20-də İsrail Livanın paytaxtı Beyruta hücum edib. Zərbə nəticəsində 16 “Hizbullah” komandiri dərhal öldürüldüyü iddia edilib. “Hizbullah” sentyabrın 21 və 22-də İsrail ərazisinə iki böyük raket hücumu ilə cavab verib. Zərbələrin hədəflərindən biri də İsrailin Ramat David aviabazası olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Dünyada qadağan olunan yağ Bakıda satılır - Foto

Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası keçiriləcək

Gürcüstan AŞPA-da Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan aparılan müzakirələri qəbul etmir

Kobaxidze Azərbaycanla əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb

Məscidə gedərkən itkin düşən gəncin meyiti kanaldan tapıldı

Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Ən çox oxunanalar