Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacıyev: "Biz birbaşa təmaslar qurmalı və məsələni yerində həll etməliyik"

“Biz birbaşa təmaslar qurmalı və məsələni yerində həll etməliyik. Digər ölkələr məsələnin həllinə kömək etməyəcəklər. Bu, BMT Təhlükəsizlik Şurasından aldığımız əsas mesajdır”...

Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Arab News”a müsahibəsində deyib.

O, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Qarabağla bağlı qəbul etdiyi dörd qətnaməsinin illərlə icra olunmamasına diqqət çəkib:

BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Qarabağla bağlı 4 qətnamə qəbul edib və bu qətnamələrlə Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılmasını tələb edib. Ancaq təəssüf ki, bu qətnamələr illərlə kağız üzərində qaldı, icra olunmadı. Keçmiş Minsk qrupunun həmsədrləri də BMT Təhlükəsizlik Şurasının qətnamələrin tələblərinin yerinə yetirilməsini təmin etmək üçün lazımi səyi göstərmədilər. Lakin təəssüf edirəm ki, indi, 30 ildən sonra BMT Təhlükəsizlik Şurası regionumuzdakı məsələləri müzakirə etməyə başlayır. Maraqlıdır, Təhlükəsizlik Şurasında avqustun 16-da səsləndirilən bəyanatların nəticəsi nədir?”

Hikmət Hacıyev məsələnin həllinin məhz iki ölkədən - ErmənistanAzərbaycandan asılı olduğunu vurğulayıb:

“Fikrimcə, artıq müəyyən həddi aşıblar. Bununla bağlı hər kəs eyni fikri bölüşür, belə ki, məsələ Vaşinqtonda, Brüsseldə və ya başqa bir yerdə deyil, məhz yerində həll olunmalıdır. Açar iki ölkədə - ErmənistanAzərbaycandadır. Biz həll yolu tapmaq üçün bir-birimizlə danışmalıyıq. Qarabağ erməniləri Azərbaycan sərhədləri daxilində yaşayırlar, başqa yol yoxdur”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Əməkdar artist vəfat edən xanımından danışdı

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay