Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyevin 100 illiyinə həsr olunan reproduktiv sağlamlıq üzrə beynəlxalq konfrans keçirilib

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş mama-ginekologiya, reproduktiv sağlamlıq və qadın sağlamlığı üzrə beynəlxalq konfrans keçirilib.

Poliqon.info xəbər verir ki, Azərbaycan mütəxəssisləri ilə yanaşı, Türkiyə məruzəçilərinin də iştirak etdiyi konfransda ölkəmizin müxtəlif bölgələrindən 150-dən çox mama-ginekoloq və cərrah-ginekoloq, o cümlədən tələbələr və həkim-rezidentlər iştirak ediblər.

ETMGİ-nin direktoru Cəmilə Qurbanova, Milli Onkologiya Mərkəzinin Onkoginekologiya şöbəsinin müdiri Şəmistan Alıyev, İstanbul Mədəniyyət Universiteti Tibb fakültəsinin Qadın xəstəlikləri və doğum şöbəsinin müdiri Ateş Karateke, mama-ginekoloq Natiq Məhərrəmov və başqaları çıxış edib

Qeyd olunub ki, əsas məqsəd fövqəladə və təxirəsalınmaz hallarda mamalıq yardımının bütün mərhələlərində hamilə qadınlarla praktik işin səmərəliliyinin artırılması, ana ölümünün qarşısının alınması üçün tədbirlər kompleksinin hazırlanması və həyata keçirilməsi, ana və körpə ölümü hallarının qarşısının alınması, yeniyetmələrin reproduktiv sağlamlığının qorunması olub.

Konfransda qanaxmaya cərrahi yanaşma, hamiləlik zamanı istifadə olunan dərman preparatları, endometrioma cərrahiyyəsinin yumurtalıq rezervinə təsiri, laparoskopik müalicədə myoma uteri və endometrioz, göstərişlər və tövsiyələr, vakalarla ana ölümlərinin qarşısının alınması üçün yanaşmalar müzakirə olunub.

Qeyd edək ki, tədbir Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (ETMGİ) və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilati, “Uptodate in Medicine” təşkilatının texniki dəstəyi dəstəyi ilə baş tutub.

Poliqon.info 


Etiket: Konfrans


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay