Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həyatımız kitab olsaydı adı nə olardı? – Sorğu


Yazıçı və şairlərin əsərləri kimi onların həyat hekayələri də oxucular üçün maraqlı olur


Doğrudur, hər yazıçı, şair yazdıqlarında özündən nəsə qatır. Ancaq bütün həyatının yazıya köçürülməsi də var. Məsələn, Markesin “Anlatmaq üçün yaşamaq”, Tolstoyun “Uşaqlıq”, “Yeniyetməlik”, “Gənclik”, Qorkinin “Uşaqlıq”, “Özgə qapılarında”, “Mənim universitetlərim”, Serqey Dovlatovun “Çemodan”, Ernest Hemenqueyin “Həmişə səninlə bayram” və s. avtobioqrafik əsərlərini misal çəkmək olar.
 
Bəs bizim yazıçılar özləri haqqında kitab yazsalar onu necə adlandırardılar? Kitabın adı nə olardı?
 
Kulis.Az bu yazıçılar arasında sorğu keçirib. Cavabları təqdim edirik.
 
Nəriman Həsənzadə
 
Mən artıq avtobioqrafik əsəri yazmışam. Adı da “Nabat xalanın çörəyi”dir. Povestdir. Hətta ingilis dilində də çıxıb. Bu yaxınlarda “525-ci qəzet” bu avtobioqrafik kitab haqqında yazmışdı, adı da “Poyludan Amerikaya qədər” idi.
 
Vidadi Babanlı
 
“Gizlinlər” adlı avtobioqrafik əsərim var. Orda çox şey yazmışam. Əgər yazası olsam onun davamı olar. Bir də indi bir avtobioqrafik kitab yazmışam, adı “Özümlə müsahibəm”dir. Dialoq üzərindədir əsər. Dil, ürək, yaddaş, ağıl və “mən”in söhbəti. Hələ çap eləməmişəm. Tamamlamışam, ancaq bir də üstündə işləyəcəm.
 
 
Maraqlı sualdır. Avtobioqrafik yazılar yazmışam, parça-parça, xırda-xırda qeydlərim var. Amma daha geniş bir kitab üçün düşünməliyəm. “Ömür kitabı”mın bir fəsli belə adlanır: “Ömrümdən keçən vətən”. Əslində hər bir kəsin tərcümeyi-halı onun Vətəninin tərcüməyi-halıdır. Sən Vətənin içindəsən, vətən də sənin içindədir. Bəlkə də o kitabı yazsam, adı belə olardı: “Mən vətənin içində, vətən mənim içimdə”.
 
Vaqif Nəsib
 
Özüm haqqında kitab yazası olsam, adını belə qoyardım: “Alabaxtayam, alabaxta”. Yəni döyülmüş, vurulmuş adam.
 
Seyran Səxavət
 
Mən özüm haqqında artıq yazmışam: “Qaçhaqaç” romanı avtobioqrafik əsərimdir.
 
Azər Abdulla
 
Çətin sualdır... Amma gərək ki, belə qoyardım: “Bir az məndən”,  ya da “Bir az özümdən”.
 
Məmməd Oruc
 
“Köçürülmə”. Romanımın adı kimi...
 
Çingiz Əlioğlu
 
Mən çox güman ki, elə bir kitab yazmayacam. Ona görə də heç ona ad da fikirləşmək istəmirəm. Yazacağım o qədər əsər var ki... Avtobioqrafik nəsə yazmağı düşünmürəm. Həm də hesab edirəm ki, gələcək tədqiqatçıların çörəyini əlindən almış olaram. 
 
Oqtay Rza
 
Açığı, belə şey fikirləşməmişəm. İndilərdə “kimliyim” ifadəsi dəbdədir. Ancaq mənim bu ifadədən xoşum gəlmir. Bu “kimliyim” ifadəsində tərifləmə də var. Ancaq öz həyatım haqqında kitab yazsam, adı belə olardı: “İki kimlik tarixim var”.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Ən çox oxunanalar