Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hər gün minlərlə yoluxma, onlarla ölüm – təhlükəli virusun qurbanları artır

Pandemiya ərzində Meksikada koronavirusa ümumilikdə 7 576 383 yoluxma, 333 763 ölüm qeydə alınıb...

Hər gün dünyada koronavirusa minlərlə yoluxma, onlarla ölüm qeydə alınmaqda davam edir.

Bu barədə “Report” ayrı-ayrı ölkələrin koronavirusa yoluxma üzrə statistikasına istinadən xəbər verir.

Belə ki, təkcə Meksikada son sutka ərzində koronavirusa 1 763 yoluxma qeydə alınıb. Qeyd edilir ki, son gün ərzində daha 18 nəfər COVID 19-un qurbanı olub.

Pandemiya ərzində Meksikada koronavirusa ümumilikdə 7 576 383 yoluxma, 333 763 ölüm qeydə alınıb. Qazaxıstanda son gündə koronavirusa 34, Pakistanda 13 yoluxma qeydə alınıb.

Statistik məlumatlar dünyada koronavirusa yoluxanların ümumi sayının artdığını göstərir. Belə ki, pandemiya ərzində dünyada COVID-19 diaqnozu qoyulanların ümumi sayı 686 420 104 nəfərə çatıb.

Məlumata görə, dünyada pandemiya qurbanlarının da ümumi sayı 6 859 395 nəfərə çatıb, eyni zamanda COVID-19 diaqnozu qoyulmuş 659 008 064 insan sağalıb.

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb – 106 542 201 nəfər. Birləşmiş Ştatlar habelə koronavirusdan ölüm sayına görə də siyahıda birincidir – 1 159 011 nəfər.

Pandemiya ərzində koronavirusa yoluxma sayı üzrə siyahıda ikinci yerdə Hindistan qərarlaşıb. Cənubi Asiyanın bu ölkəsində 44 881 877 nəfərə COVID-19 diaqnozu qoyulub. Hindistanda 531 300 insan koronavirusdan ölüb.

Pandemiya ərzində COVID-19-a ən çox yoluxmanın qeydə alındığı üçüncü ölkə Fransadır. Qərbi Avropanın bu ölkəsində 39 945 239 nəfərdə koronvirus əlamətləri qeydə alınıb, 166 289 insan ölüb.

Almaniya da koronavirusdan ən çox əziyyət çəkən Avropa ölkələrindəndir. Bu ölkədə pandemiya ərzində 38 393 992 nəfərə COVID-19 diaqnozu qoyulub, 172 536 nəfər təhlükəli virusun qurbanı olub.

Dünyada ABŞ-dan sonra koronavirusdan ən çox ölüm Braziliyada qeydə alınıb. Bu ölkədə 701 215 nəfər COVID-19-dan ölüb. Braziliya həm də koronavirusa ən çox yoluxma sayına görə dünyada beşincidir.

Qeyd edək ki, bəzi ölkələrin koronavirusla bağlı sutkalıq məlumatları hələ yenilənməkdədir.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusun yayılmasını pandemiya elan edib.

Poliqon.info


Etiket: yoluxma virus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

​​​​​​​Azər Maqsudovun məhkəməsi davam etdirilib, qızı ifadə verib

COP zamanı IEA-nın hazırladığı Yol Xəritəsi nümayiş olunacaq

Amerikalı maqnat Baydeni neft qiymətləri şoklarına qarşı həssas olmaqda ittiham edib

Ən çox oxunanalar