Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hər dəqiqəsi 1,2 milyon avroya başa gəlib

2020-ci ildə “Barselona”da yaşananlar yəqin ki, azarkeşlərin yaddaşından uzun müddət silinməyəcək. Çünki həmin zaman klubda nə baş verdiyini heç kim anlamırdı...

“Barsa” rəhbərliyinin uğursuz idarəçiliyi komandaya öz təsirini göstərmişdi. Nəticədə kalaloniyalılar həm ölkədaxili yarışlarda, həm də beynəlxalq arenada uğursuz çıxış etməyə başlamışdı. Həmin vaxtkı uğursuz idarəçiliyin yaratdığı problemlər bu gün də “Barselona”nın fəaliyyətinə təsir göstərir. Xüsusilə klubun maliyyə durumu hələ də düzəlmir.

İspaniya təmsilçisinin həmin dönəmdə rəhbəri olan Xosep Bartomeu baş verənlərin əsas günahkarı kimi təqdim edilir. Funksionerin bərbad idarəetmə üsuluna görə klubun borc yükü xeyli artdı. Əsasən də transfer siyasəti düzgün aparılmırdı. Belə səhv keçidlərdən biri də 2020-ci ildə “Palmeyras”dan 10 milyon avro müqabilində alınan Mateus Fernandesin adıyla bağlı idi.



O, Ronald Kumanın rəhbərlik etdiyi dönəmdə komandaya cəlb olunsa da, xidmətindən cəmi 17 dəqiqə istifadə edildi. Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Kiyev “Dinamo”su ilə görüşdə meydanda olan braziliyalı futbolçu daha sonra şans qazanmadı. Bunun səbəbi onun baş məşqçi Kumanın planlarına heç cürə daxil ola bilməməsi idi.

2021-ci ilin yayında isə futbolçu ilə müqaviləyə birtərəfli şəkildə xitam verildi. Buna görə “Barsa” futbolçuya 8,5 milyon avro ödəməli oldu. Fernandesin özü klubdan daha çox – 15 milyon avro tələb etsə də, istəyinə nail ola bilmədi.



“Bir məşqçinin beynindən nələr keçirdiyini deyə bilmərəm. Hələ məşqə başlamamışdan əvvəl köməkçilərinə mənimlə hesablaşmadığını, gedə biləcəyimi söylədi. Məni bir insan və ya oyunçu kimi tanımadığı halda bunu necə deyə bilərdi? Bəlkə əvvəlcə bir nəzər salmalısan?

Bir gün yanına getdim, danışmaq istədim. Kuman mənə güvənmədiyini, yaxşı klub tapsam, oyun praktikası qazanmaq üçün gedə biləcəyimi söylədi. Mənim belə planım yox idi. Ondan mənə bir neçə dəqiqə şans verməsini xahiş etdim, amma o, məni La Liqada heç vaxt meydana buraxmadı. Çox qəribə idi” – deyə braziliyalı yarımmüdafiəçi ötən güləri xatırlayır.

Mateusun “Barselona”da oynadığı 17 dəqiqə maaşı ilə birlikdə kluba 20,5 milyon avroya başa gəldi. Bu o deməkdir ki, Kataloniya təmsilçisində futbolçunun bir dəqiqəsi üçün 1,2 milyon avro xərcə düşüb. Belə də pis rəqəm deyil. Bunu ancaq Xosep Bartomeunun rəhbəri olduğu klub bacara bilərdi.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Azərbaycanı 75-ci Beynəlxalq Astronavtika Konqresində 50-dən çox gənc təmsil edəcək

Ən çox oxunanalar