Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hazırkı dönəmdə Aİ və Azərbaycan münasibətləri...

Ceyhun Bayramov Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell ilə görüşüb...

Politoloq: “Aİ-nın Azərbaycanla birgə əməkdaşlıq və qarşılıqlı fəaliyyət planları daha çox iqtisadi olub, nəinki siyasi. Daha doğrusu, Aİ-nın siyasi fəaliyyəti iqtisadi planlar qədər effektli olmayıb”.

“Aİ-nın indiki məqamda sülhə yox, gərginliyə hesablanmış hərəkətləri və bəyanatları hesab edirəm ki, sülhə pozitiv töhfələr vermək yolu deyil. Bu, qarşı tərəfi sülhdən yayındırmaq, onun fikirlərini qarışdırmaq yoludur”.

Bu sözləri politoloq Azər Qasımov Aİ-Azərbaycan münasibətlərini Poliqon-a şərh edərkən qeyd edib.

Azərbaycanın xarici işlər naziri Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell ilə görüşüb. Bundan əvvəl isə Borrel Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Bilirik ki, Borrel son zamanlar anti-Azərbaycan bəyanatları ilə gündəmi daha çox məşğul etməyə çalışır.

Hazırkı dönəmdə Aİ-Azərbaycan münasibətlərini necə dəyərləndirmək olar və Borrelin timsalında Aİ regionda sülhə hansısa pozitiv töhvələr verə bilər?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Avropanın güclü ölkələri qarşılarındakı digər Şərqi Avropa ölkələrinə yuxarıdan aşağı baxıblar, eləcə də Azərbaycana”.

Azərbaycan Prezidentinin Borrel də daxil digərlərinin cavablarını yaxşı verdiyini vurğulayan politoloqPoliqon-a açıqlamasında qeyd edib ki, Prezident Brüsseldəkilərin fəaliyyətinin qeyri-məqbul olduğunu onlara çatdırıb:

“Aİ-nın Azərbaycanla birgə əməkdaşlıq və qarşılıqlı fəaliyyət planları daha çox iqtisadi olub, nəinki siyasi. Daha doğrusu, Aİ-nın siyasi fəaliyyəti iqtisadi planlar qədər effektli olmayıb. Aİ-nın aparıcı dövlətləri olan ölkələrin Azərbaycana münasibəti ilə yerdə qalan digər ölkələr arasında fərq olub, hansıki bu fərq elə Aİ daxilində də hiss edilib. Bu da onu deməyə əsas verir ki, Avropanın güclü ölkələri qarşılarındakı digər Avropa ölkələrinə yuxarıdan aşağı baxıblar, eləcə də Azərbaycana.

Həmin münasibətin nəticəsidir ki, Aİ rəhbərliyindəki Fransa, Almaniya, Ispaniyadan olan şəxslər öz xasiyyətlərindən əl çəkmirlər, qarşılarındakı ölkələrə ağıl vermək yolunu özləri üçün məqbul hesab edirlər. Özlərini hamıdan ağıllı hesab edirlər. Təbii ki, Azərbaycan Prezidenti Borrel də daxil digərlərinin cavablarını yaxşı verir. Onların fəaliyyətinin qeyri-məqbul olduğunu onlara çatdırır.

Aİ-nın indiki məqamda sülhə yox, gərginliyə hesablanmış hərəkətləri və bəyanatları hesab edirəm ki, sülhə pozitiv töhfələr vermək yolu deyil. Bu, qarşı tərəfi sülhdən yayındırmaq, onun fikirlərini qarışdırmaq yoludur. Odur ki, Aİ Borrel və onun kimilərdən qurtulmalıdır. Aİ-nın gələcəyini onların taleyini fikirləşməyərək Avropada gərginlik ocaqlarından birinin sönməsinə dəstək əvəzinə onun qalmasına çalışan rəhbərlərə etibar etməməlidir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Ən çox oxunanalar