Cümə, 07 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı Əbdül Mübariz Qurbanlıya od püskürdü


“Mübariz Qurbanlı vəhhabilərin yolunu gedir“


“Mən qadağalar olmasının əleyhinəyəm. Sovet vaxtı, allahsızların at oynatdığı zamanlarda belə Islami adət-ənənələri sıradan çıxara bilmədilər, yas mərasimləri, Məhərrəmlik ayı oldu. Indi yas mərasimlərinə qadağa qoymaq yaxşı əlamət deyil”

Bu sözləri “Yeni Müsavat” qəzetinə “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül yas mərasimlərinə qadağa qoyulmasına münasibət bildirərkən deyib. O daha sonra Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlını ittiham edib: 

“Keçən həftə Dini Komitənin sədri Mübariz Qurbanlı Yasamal rayonunda din adamları ilə görüş keçirdi, mən də orda idim. Dedi, rayonlara yas mərasimlərinə getmək, başsağlığı vermək lazım deyil. Mən çox təəccübləndim. Necə yəni, yas uzaq rayondadırsa, getmək lazım deyil? O, bir şeyi bilmir ki, hüzr yerinə getmək, hüzr sahibinin yanında olmaq ona təskinlik verməkdir, arxa-dayaq olmaqdır. Mən təəccübləndim və belə qənaətə gəldim ki, bu adam vəhhabilərin yolunu gedir. 

Vəhhabilər də deyir ki, adam öldü, dəfn elə, başqa heç nə lazım deyil, nə yas məclisi qur, nə yad elə, nə qəbir üstə get. Bu mənada mən çox təəssüflənirəm ki, dindən başı çıxmayan adamları gətirib rəhbər qoyurlar”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diasporumuzun iki əhəmiyyətli siması arasında böyük dava

Səttar Möhbalıyevin qardaşının evində törədilmiş qətlin təfərrüatı

Kirayə müqaviləsinin rəsmiləşdirilməsi qaydası dəyişdi

Beyləqanın icra başçısı vəzifəsindən azad edilib

Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var - Yenilənib

Qabil Hüseynli: Gürcüstan dəyişməlidir və dəyişəcək...

Ekspert: Mərkəzi Banka 770 milyon manatlıq ofis lazımdırmı?

Birinci Qarabağ müharibəsində şəhid olan Rasim Eldarovun qalıqları Göyçayda dəfn edilib - Yenilənib

Bakıda bir nəfərin 49 min manatını dələduzluqla almaqda şübhəli bilinən şəxs saxlanılıb

Ən çox oxunanalar