Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan: Ərazimizdən içində partlayıcı olan yük maşını keçməyib - Müəmma...

22 ton partlayıcı ilə dolu yükmaşını quş olub uçaraq Ermənistan ərazisinə daxil olub?..

Krım körpüsünü partladan furla bağlı müəmma daha da böyüməkdədir.

PİA.az xəbər verir ki, Gürcüstanın Maliyyə Nazirliyi bəyan edib ki, ölkə ərazisindən FTX-nın qeyd etdiyi nə yük maşını, nə də partlayıcı keçməyib:

“Gürcüstanın gömrük sərhədlərindən nə qeyd edilən yük maşını, nə də trotillə, ya da digər partlayıcı maddə ilə dolu başqa bir nəqliyyat vasitəsi keçməyib. Əgər kimsə arqumentləşdirilmiş şəkildə həmin maşının Gürcüstan ərazisindən keçdiyi təqdim edərsə, biz detallı araşdırma başlada və günahkar şəxsləri müəyyələşdirə bilərik”, deyə Gürcüstanın Maliyyə nazirinin müavini Georgi Kakauridze jurnalistlərə bildirib.

Ermənistan isə əksinə, bu gün yaydığı məlumatda idda edir ki, oktyabrın 1-də 00.15-də Baqrateşen gömrük məntəqəsindən partlayıcı olan yük maşını ölkə ərzazisinə girib, lakin maşının yoxlanılması zamanı yük maşınında partlayıcı aşkarlanmayıb.

Maraqlıdır, 22 ton partlayıcı ilə dolu maşın quş olub uçaraq Ermənistan ərazisinə daxil olub?

Qeyd edək ki, FTX-nın yaydığı məlumatda bildirilir ki, partlayıcı maddə politlen tikinti materialları ilə Odessada kamuflyaj olunub. Sonra isə Bolqarıstana yola salınıb. Yük maşını Bolqarıstandan Gürcüstana, ordan isə Erməistana keçib. Ermənistan yük boşaldılaraq yenidən sənədləşdirilib və daha sonra Gürcüstanın Lars gömrük məntəqəsindən Rusiya ərazisinə keçib. Krasnador vilayətinin Armavir şəhərinə gətirilən partlayıcı yük ermənilərin sahibi olduğu anbara boşaldılıb və səhərisi gün Mahir Yusifovun maşınına yülkənərək yeni sənədlərə Krıma yollanılıb. Krım körpüsünün üzərində də maşın rentgen baxışdan keçirilsə də təhlükəli heç bir şey aşkarlanmayıb. Keçid məntəqəsindən ayrılan maşın birneçə dəqiqə hərəkətdə olduqdan sonra partlayıb.

Bir daha xatırladaq ki, ErmənistanRusiya yük maşının rentgen şəkillərini dərc edib və bildirilib ki, heç bir gömrük keçidində partlayıcı maddə aşkar olunmayıb. 22 ton partlayıcı maddənin təqribən 6 gömrük məntəqəsindən keçərək heç bir gömrük məntəqəsində aşkarlanmaması isə çoxlu sullar doğurur. Doğurdanmı Krım körpüsünün partladılmasında istifadə olunan partlayıcı maddə FTX-nın qeyd elədiyi marşurutla hərəkət edib, yoxsa partlayıcı maddə elə Rusiyada hazırlanıb?..

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Əməkdar artist vəfat edən xanımından danışdı

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

Ən çox oxunanalar