Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan avroya keçir

Bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb...

Gürcüstan parlamenti üçüncü yekun dinləmədə ölkənin Vahid Avro Ödənişlər Zonasına qoşulması ilə bağlı qanun layihələr paketini qəbul edib.

Bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Ümumilikdə 21 qanuna dəyişiklik edilib. O cümlədən, “Gürcüstanın Milli Bankı haqqında”, “Kommersiya banklarının fəaliyyəti haqqında” və “Gürcüstanın ödəniş sistemi və ödəniş xidmətləri haqqında” qanunlara müvafiq düzəlişlər təsdiqlənib.

“Qanun layihələri paketinin sürətləndirilmiş şəkildə nəzərdən keçirilməsi Gürcüstanın Vahid Avro Ödənişlər Məkanına qoşulması üçün zəruri olan meyarların və Assosiasiya Sazişindən irəli gələn öhdəliklərin vaxtında yerinə yetirilməsi zərurəti ilə bağlıdır”, - deyə məlumatda bildirilir.

Parlamentin Avropaya inteqrasiya komitəsinin rəhbəri Maki Boçorişvili qeyd edib ki, Gürcüstanın Vahid Ödəniş Zonasına qoşulması bir sıra sahələrdə fayda verəcək.

“Xüsusilə, bu, Gürcüstanın bank sektoruna beynəlxalq arenada etibar qazandıracaq, Avropa İqtisadi Zonası ilə ticarət əlaqələrini sadələşdirəcək, Gürcüstan vətəndaşlarına sadələşdirilmiş xidmətlər göstəriləcək ki, bu da Aİ-dən pul köçürmələrinin artması tendensiyası nəzərə alınmaqla xüsusilə vacibdir”, - deyə o, əlavə edib.

pia.az


Etiket: Gürcüstan avro


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Ən çox oxunanalar