Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günün brifinqi – Böyük müharibə yaxınlaşır…

Yaxınlaşan müharibə yəqin ki, “izqoy”ların qlobal güclərlə müharibəsinin ikinci seriyası olacaq və böyük ehtimalla kollektiv Qərbin Avropadan və Amerikadan kənarda aparacağı müharibələr silsiləsinin davamı gələcək…

Yanvarın 28-dən 29-na keçən gecə İran ən yeni tarixində ilk dəfə havadan kütləvi hücuma məruz qaldı və bu hücumların hədəfi İranın hərbi obyektləri oldu. Bu özü-özlüyündə sıradan bir hadisə deyil və əslində hücum edən ölkəyə qarşı Tehranın müharibə elan eməsini əsas görən qeyri-adi bir hadisədir.

Müdafiə Nazirliyinin şablon açıqlamasını bir kənara atarsaq, Tehranın gizəmli şəkildə susması isə iki versiya ilə izah etmək olar:

1. Molla rejimi müharibənin onların iqtidarı üçün ağır məğlubiyyətlə bitəcəyini başa düşür və imkan daxilində artıq qaçınılmaz olan müharibəni önləməyə çalışır.

2. Tehran sakitcə intiqam üçün plan hazırlayır və yəqin ki, yaxın zamanda İran raketlərinin İsrailin, ya da ABŞ-ın hərbi obyekt maketini hədəf aldığının şahidi olacağıq.

Əslində bu versiyaların hər ikisi bir-birini tamamlayır və ikinci versiyadakı imitasiya sadəcə molla rejiminə öz sifətini qorumaq üçün lazımdır. Ancaq general Süleyman Qasiminin öldürülməsindən sonar Trampın səxavətlə ayətullahlara təqdim etdiyi belə bir fürsət bir daha mollalara veriləcəkmk?

Bu sualın cavabını daha çox Vaşinqtonda və Təl-Əvivdə bilirlər. Ancaq düşünmək olar ki, Trampın Xamemeyiyə ərməğan etdiyi fürsət bir daha verilməyəcək. Çünki ayətullahlara və SEPAH-a öz sifətlərini qorumaq imkanı verən Vaşinqtonda və Təl-Əviv əslində öz simalarını itirilər.

Daha maraqlı olanlar isə yanvarın 29-da gecə saatlarında baş verənlərə gedən yolun xronologiyasıdır.

Yanvarın 26-dan ABŞ və İsrail öz tarixlərinin ən böyük hərbi təlimlərini keçirirlər. Bu təlimlərə ordu növləri və ən müasir silah arsenalı cəlb edilib və öz-özlüyündə bu təlim İrana “özünü yaxşı aparması” üçün verilən mesajdır.

Bu təlimlər başlayar-başlamaz İsraildə insan tələfatı ilə sonuclanan terror aktları baş verdi. Paralel olaraq İranın dəstəklədiyi qrup tərəfindən İsrail ərazisi raket atəşinə tutuldu. Bu aksiyadan 6 saat sonar isə Azərbaycanın İrandakı səfirliyi hücuma məruz qaldı.

Yəni bütün bu baş verənlərə görə demək olsr ki, İran özümü heç də “yaxşı aparmadı”.

Digər maraqlı detal isə odur ki, İranın 5 vilayətində hərbi obyektlər dron hücumlarına məruz qalarkən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uliyam Börns İsraildə olub.

Müasir dünyada qabaqlayıcı zərbə endirmək xüsusi imtiyazdır və açıq deməliyik ki, belə bir imtiyaza çox az dövlətlər sahibdir. Bu imtiyaz həm də azad qərar vermək statusu yaradaraq dövlətlərin suverenliyini bir pillə yüksəldir.

Qeyd etməliyik ki, uzun illər boyu ABŞ və İsraillə açıq qarşıdurma şəraitində yaşayan İran molla rejimi həmişə özünü azad qərar verən əsl suveren dövlət kimi təqdim etməyə çalışıb. İndi isə İranın suveren qüruruna ağır həqarət edilib və maraq doğuran Tehranın bu həqarətə necə cavab verəcəyidir. Ümumiyyətlə bu cavab olacaqmı?

Bu sualın da cavabını yəqin bir neçə gündə alacağıq. Ancaq İranın cavabının nə olmasından asılı olmayaraq, demək olar ki, dünya Yaxın Şərqdə böyük müharibənin bir addımlığındadır və bü maharibə qaçınılmaz görünür. Məsələ ondadır ki, İran və İsrail bu müharibə yoluna ötən əsrin 90-cı illərindən girib, indi isə yolun sonu görünür…

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar