Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günəş enerjisini qablaşdırmağın yolu tapılıb


İsveç alimləri bəşəriyyətin ekoloji cəhətdən təmiz enerji əldə etmək uğrunda apardığı çalışmalara yeni ixtira ilə töhfə veriblər


Günəş istisindən bərpa olunan enerji almaqla alimlər bir çox soyuq ərazidə problemlərin həllinə kömək edəcək effektli mexanizm yaratdıqlarını bildiriblər.

Novator.az xəbər verir ki, İsveç alimləri günəş enerjisini yayda toplayıb, qışa saxlamağın yolunu tapıblar. Mütəxəssislər deyirlər ki, bu yolla istilik enerjisini nəinki bir-iki fəsil sonraya, hətta daha uzun müddətə saxlayıb istifadə etmək mümkün olacaq.

Yığılan ehtiyat enerji kütləsinin tərkibinə emal üçün daxil edilən maddə onu bir neçə ay saxlamağa imkan verir. Nəticədə günəşdən alınan enerji itmir və maksimal dərəcədə effektini qoruyur.

Alimlər bildirirlər ki, günəşdən ehtiyat enerji toplamağın vaxtı çoxdan gəlib çatıb. Bu işdə qabağa düşən İsveç alimlərinin tədqiqatına görə, günəşdən alınan enerji ilə su daha yaxşı isinir və yaşayış mənzillərindəki istilik sistemlərini belə enerji ilə qızdırmaq çox effektlidir. Onların fikrincə, yayda günəş batareyalarına yığılan enerjidən qışda istifadə şaxtalı günlər üçün ən yaxşı sığortadır. Ekoloji cəhətdən təmiz olan belə enerji tərkibini dəyişmir, əslində get-gedə duruluq həddinə keçməklə daha da genişlənir.

İsveç alimləri ilk sınağın uğurla başa çatdığını xəbər veriblər. Onların ixtirası mediada şərti olaraq “qablaşdırılmış günəş istisi” adlandırılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edili

İsrail Ordusu Cenin şəhərində əməliyyat keçirir

Qazaxda çay daşıb, yaşayış sahələrini su basıb

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

16 saylı cəzaçəkmə müəssisəsindən Əfv sərəncamı çərçivəsində üç nəfər azadlığa buraxılıb

Borrell: Cənubi Qafqazda davamlı sülh bizim ümumi məqsədimizdir

Ən çox oxunanalar