Çərşənbə axşamı, 18 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Günay İbrahimlidən Dil Komissiyasına etiraz: “Konstitusiyanı oxuyun“

Bu yanaşma mənə qarşı çirkin böhtandır...

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərimizə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların siyahısında müğənni Günay İbrahimlinin “O kimdir ki?” nəğməsi də yer alıb.

Müğənni bu barədə sosial şəbəkə hesabında yazaraq dərc olunmuş siyahıya etiraz edib:

Azərbaycan Respublikasının Konstitusiyası Maddə 51. Yaradıcılıq azadlığı I. Hər kəsin yaradıcılıq azadlığı vardır. II. Dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir. Bu gün mediada Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı siyahıda mənim də adımın yer aldığını gördüm.

Bu cür mötəbər və önəmli bir qurumun qeyri-peşəkar və qeyri-ciddi əməkdaşlarının, heç bir açıqlama gətirmədən mənim ifamın və adımın o siyahıya salınmasında, ehtimal edirəm ki, qərəz var. Narkotiki, pis əməlləri, cinayəti, özünəqəsdi, tüfeyli həyatı təbliğ edən şəxs və ifalarla mənim adımın bir siyahıda olmasını mənə və yaradıcılığıma qarşı aparılan çirkin təbliğat hesab edirəm.

Nədənsə qurumun rəsmi saytında bu xəbərə rast gəlmədim və hesabatda hansısa kitaba istinad edirlər. Təsadüfə baxın ki, hansısa “mübariz” bir şəxs o kitabdan siyahını götürüb, yerli mediamıza yönləndirib və ya qurumun özü bu addımı atıb.

Hər nə isə. Bu siyahıya mənim adımı əlavə edən “psevdointellektual”, “ziyalı”, guya mental dəyərlərimizə sadiq olan şəxslər əsas gətirə bilərmi, mənim “O kimdir ki?” adlı ifamda cinayət xarakterli məzmun hansıdır? Neçə şəxs narkotikə qurşanıb? Neçə şəxs özünə qəsd edib və ya intihar səviyyəsinə çatıb? Əllərində statistika və rəqəmlər varmı?”

İfaçı bunu çirkin böhtan adlandırıb:

“Təbii ki, bu yanaşma mənə qarşı çirkin böhtandır. O şəxsləri Azərbaycan Respublikasının Konstitusiyasını oxumağa dəvət edirəm. Kimisə təftiş edərkən ədalət əsas meyar olmalıdır. Bu siyahıda sırf mənim adımın və ifamın olmasını əsla qəbul etmirəm. Araşdırmada doğru eyhamlar var.

Buna qarşı deyiləm. Amma heç bir istinad, əsas gətirmədən adımın hallanmasını şəxsimə qarşı qeyri-etik davranış olaraq qiymətləndirirəm.

Monitorinq Mərkəzi işini sanballı, peşəkar mütəxəssislərə həvalə etmədikcə, kimlərinsə şəxsi qərəzini, zövqünü etalon qəbul edib, qaralama aparacaqsa, bu işi görməsə yaxşıdır”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda vəzifəli şəxsin üzərinə benzin tökdülər

Cavanşir körpüsündə işlər nə yerdədir? - Video

Azərbaycanın əmək haqqı üzrə dünya reytinqindəki yeri açıqlanıb

Kürdəmirdə ağır yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

İranda zəlzələ nəticəsində xəsarət alanların sayı artdı, ölənlər var

Türkiyə Azərbaycana 100 min ədəd ağac tingi göndərib, Qarabağ və Bakıda əkiləcək

3 bürcün həyatında tezliklə sevgi macəraları başlayacaq

AVRO-2024: Türkiyə və Portuqaliya milliləri mübarizəyə start verir

Bakıdakı dəhşətli qəzanın anbaan görüntüləri

Verma İrəvana ABŞ-ın hansı təklifini gətirib?

Orban: Brüsseldə Avropa xalqının iradəsinə məhəl qoyulmadı

Ən çox oxunanalar