Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Güclü külək regionlarda bir sıra fəsadlar törədib

Şiddətli külək bəzi rayonları işıqsız qoydu, yanğınlar törətdi...

Ötən gün Azərbaycanda müşahidə olunan ekstremal hava şəraiti bir sıra rayonlarda ciddi fəsadlar törədib. Elektrik enerjisi infrastrukturuna ziyan dəyib, yanğınlar baş verib.

Belə ki, fevralın 27-də səhər saatlarından başlayan şiddətli külək bir sıra bölgələrdə binaların damını uçurmaqla yanaşı Ağdam rayonunun elektrik şəbəkəsində də ciddi fəsadlar yaradıb.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib ki, əməkdaşlar külək qismən səngiyən kimi qəzaların nəticələrini aradan qaldırmaqla məşğuldur: "Güclü külək "Aran" Regional Enerji Təchizatı və Satış idarəsinin (RETSİ) ərazisinə daxil olan bir sıra rayonlarda, xüsusən Ağdamda ciddi fəsadlar törədib. Nəticədə rayon ərazisində 30-dan artıq elektrik dirəyi aşıb, bir neçə kəndin elektrik enerjisi ilə təchizatında fasilə yaranıb. Hazırda RETSİ rəisi və texniki departamentin əməkdaşları qəzanın baş verdiyi ərazidədir. Həmçinin kəndlərə əlavə mal-material, texnika cəlb edilib.Güclü külək təchizatın bərpasına ciddi əngəl yaradır. Külək imkan verdiyi qədər tez zamanda bütün kəndlərdə elektrik enerjisinin təchizatı bərpa ediləcək".

Oğuz rayonunda da küləyin infrastruktura ziyan vurduğu bildirilir. Belə ki, külək rayon mərkəzində ağacları aşırıb, evlərin dam örtüklərini və avtobus dayanacaqlarını uçurub. Bəzi ərazilərdə elektrik dirəklərinin aşmas nəticəsində Oğuz şəhərinin bir hissəsi işıqsız qalıb. Hazırda elektrik enerjisinin bərpası üçün "Azərişıq" ASC-nin briqadaları işləyir.

Göyçayda isə külək yanğınlar törədib, elektrik xətlərini qırıb, dirəkləri aşırıb. Rayonda hektarlarla bağ, bir neçə tövlə yanıb. Günorta saatlarından əsməyə başlayan külək sonradan güclənib. Qısa vaxt ərzində bir neçə kənddə yanğın baş verib. Yanğınların söndürülməsi üçün ərazilərə Fövqəladə Hallar Nazirliyinin (FHN) Göyçay Dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın hadisələrinin baş verdiyi yerlərə həmçinin FHN-in İsmayıllı Dövlət yanğından mühafizə hissəsinin də texnikası və canlı qüvvəsi cəlb olunub.Yanğınlar rayonun Ləkçıplaq, Yalman, Şəhadət, Qarayazı və Cəyirli kəndlərində baş verib. Nəticədə hektarlarla otlaq, kolluq və 3 ədəd tövlə yanıb.

Güclü külək habelə Ucar rayonunda bir sıra fəsadlara yol açıb. Rayon ərazisində elektrik enerjisinin verilişində problemlər yaranıb. Bununla yanaşı, bir sıra kəndlərin bağ sahələrində yanğın hadisələri qeydə alınıb. Nəticədə meyvə ağacları yanıb. Yanğınların baş verdiyi ərazilərə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvələri cəlb edilib. (Virtualaz.org)

pia.az

 


Etiket: güclü külək

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı

Ən çox oxunanalar