Cümə axşamı, 10 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gözlənilən seçkilər... - Türkiyədə ciddi dəyişikliklər olacaq?

Müxalifət düşərgəsində baş verənlərdən sonra Türkiyə daxili siyasətindəki vəziyyəti necə dəyərləndirmək olar?..

Politoloq: “Meral Akşenerin özünün belə dərin dövlətin adamı olması ehtimalı daha çoxdur. Çünki son ana qədər gətirib, son anda “Altılıq masa”nı belə dağıtmasını taktiki strateji gediş kimi də qiymətləndirilə bilər”.

“Türkiyədə keçirəcək seçkilərin təkcə Türkiyənin özü üçün deyil, həm də region baxımından önəmi çox böyükdür”.

Bu sözləri politoloq Samir Hümbətov Türkiyədə gözlənilir seçkiləri Poliqon.info-a şərh edərkən qeyd edib.

Türkiyə zəlzələ yaralarını sarımaqla yanaşı yenidən seçim gündəminə daxil olub və hazırda Türkiyənin daxili siyasətində çox ciddi proseslər baş verir. Son günlər müxalifət düşərgəsində baş verənlərdən sonra Türkiyə daxili siyasətindəki vəziyyəti necə dəyərləndirmək olar? Bu seçkilər Türkiyədə ciddi dəyişikliklərin yaranmasına yol aça bilərmi və Ərdoğanın zəlzələdən əvvəl və sonrakı durumunu necə dəyərləndirmək olar?

Türkiyədə keçiriləcək seçkiləri Poliqon-un əməkdaşı politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “İndiki məqamda görünən odur ki, AKP və MHP-nin seçkidə qalib gəlmək imkanları daha çoxdur”.

Xarici dövlətlərin də bu seçkilərdə maraqları olduğunu və Qərb ölkələrinin “Altılıq masa”nın dağılmasını istəmədiklərini vurğulayan politoloq Poliqon-a bildirib ki, hər şeyə rəğmən “Altılıq masa” dağıldı:

“May ayının 4-də artıq Türkiyə yeni prezidenti və parlament seçkisinə gedir. Bir ildir davam edən altılıq masa deyilən anlayış var idi. Yəni altı partiyanın iştirakı ilə “Millət İttifaqı” adı altında platforma yaradılıb. Digər tərəfdən isə “Cumhur İttifaqı” yaradılıb.

İki gündür ki, Türkiyə vəziyyət gərgin olaraq qalır. Ölkədə siyasi ab-hava dəyişməyə başlayıb. İyi partiya altılıq masadan çıxdığını elan etdi. “İyi” partiyanın sədri Meral Akşener çox sərt şəkildə CHP başçısı Kılıçdaroğlunu təndiq etdi. Hətta Meral Akşener Ankara və İstanbulun Böyük Şəhər Bələdiyyə sədrlərini seçkidə namizəd olmağa çağırdı.

Bütün bunlar onu göstərir ki, işlər planlı şəkildə gedir. Əslində, “Altılıq masa”nın dağılması mahiyyət etibarilə AKP, MHP İttifaqının əlini gücləndirən amillərdir. Bu seçkilər əvvələr AHP, MHP üçün sıxıntılı görünürdü. Amma indi vəziyyət yavaş-yavaş onların xeyrinə dəyişməyə doğru gedir.

Samir Hümbətov: “İki gündür ki, Türkiyə vəziyyət gərgin olaraq qalır. Ölkədə siyasi ab-hava dəyişməyə başlayıb”.

Düşünürəm ki, Türkiyədə keçirəcək seçkilərin təkcə Türkiyənin özü üçün deyil, həm də region baxımından önəmi çox böyükdür. Buna görə də hamı keçiriləcək seçkiləri diqqətlə izləyir. Eyni zamanda xarici dövlətlərin də burada maraqları var və Qərb ölkələri altılıq masanın dağılmasını istəmirdilər. Amma altılıq masa dağıldı. Orada elə məsələlər var ki, mən başqa cür anlayıram. Məsələn Meral Akşenerin özünün belə dərin dövlətin adamı olması ehtimalı daha çoxdur. Çünki son ana qədər gətirib, son anda belə dağıtmasını taktiki strateji gediş kimi də qiymətləndirilə bilər.

Hər bir halda indiki məqamda görünən odur ki, AKP və MHP-nin seçkidə qalib gəlmək imkanları daha çoxdur. Ola bilsin seçkidə ikinci tur da ola bilər. Amma yenə də AKP, MHP bu turda üstün olacaq. İyi partiyanın isə hansı bloka qoşulacağı, yaxud da seçkiyə tək gedəcəyi məlum deyil. Düşünürəm ki, gələn həftə ərzində bütün bunlar aydınlaşacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim üzrə nazirini qəbul edib

Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - Yenilənib

Prezident İlham Əliyev ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşavirini qəbul edib - Yenilənib

“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”

Azərbaycanlı iş adamı çayxanada güllələndi 

Türkiyədə iki qızı parçalayıb qətlə yetirən Semihin atası üçün qorxunc planı: "Səni necə öldürüm?"

Çində əhali yarıdan çox azala bilər - Hökümət çox narahatdır...

“Respublikanski”də hərbçimizin başına oyun açdılar - Həyat yoldaşı ölüm ayağında - FOTO

Rusiya XİN: ABŞ-nin iqlim mövzusundan Azərbaycana təzyiq göstərmək üçün istifadə etmək cəhdləri faydasızdır

Nəcməddin Sadıqov Bakıda at yarışlarını izləyir - Foto

Zelenski müharibənin bitəcəyi tarixi açıqladı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay