Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General Etibar Mirzəyev Kahramanmaraşda Mobil səhra hospitalında olub - Yenilənib

"Bu gün Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Mobil səhra hospitalında oldum".

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

"Hazırda hospitalda zəlzələdən zərərçəkmiş şəxslərə tibbi yardım göstərilir. Orada 41 nəfərdən ibarət həkim personalı çalışır", - nazir müavini vurğulayıb.

O bildirib ki, Kahramanmaraşda Fövqəladə Hallar Nazirliyinin (FHN) 8 təlim görmüş itləri cəlb edilib:

"Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir".

Qeyd edək ki, FHN-in Mobil səhra hospitalı fevralın 9-dan Türkiyənin Kahramanmaraş şəhərində fəaliyyət göstərir.

FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 45 nəfəri sağ, 269 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

"Azərbaycanlı xilasedicilər 46 nəfəri dağıntılar altından sağ çıxarıblar".

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev zəlzələ bölgəsində jurnalistlərə açıqlamasında deyib

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 725 nəfərdən ibarət xilasediciləri Kahranmaraş şəhərində fəaliyyət göstəririlər: "Artıq 5-ci gündür ki, axtarış-xilaetmə işləri həyata keçirilir. İndiyədək xilasedicilərimiz dağıntılar altından 290-dan artıq meyit, 46 nəfəri isə sağ olaraq çıxarıblar".

poliqon.info


Etiket: FHN zəlzələ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

Ermənistanın müdafiə naziri maliyyə pozuntularına görə cərimələnib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar