Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə Türkiyə Cümhuriyyətinin yaranmasının 91 illiyi qeyd edilib - Fotolar


Türkiyənin Gəncədəki səfirliyi Cümhuriyyətin elan edilməsinin 91 illiyinə həsr olunmuş tədbir keçirib


Tədbiri Türkiyənin Gəncədəki Baş Konsulu Orhan İşık açaraq, qonaqları salamlayıb və bayram münasibətilə təbrik edib. O, ulu öndər Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyənin istiqlal mübarizəsindən və ölkəsinin keçdiyi inkişaf yolundan danışıb.

Səfir qeyd edib ki, Türkiyə öz dinamik inkişaf yolunda siyasi, hərbi, iqtisadi, eləcə də demokratiya və insan haqları sahələrində böyük addımlar ataraq regionda və dünyada mövqeyini möhkəmləndirib. Bu gün Türkiyə və Azərbaycan sıx birliyə nail olublar, ölkələrimiz iqtisadi cəhətdən inkişaf etdikcə gələcəyə daha inamla addımlayırlar.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Azərbaycanın işğal altında olan ərazilərinin tezliklə azad edilməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, bu məsələ təkcə Azərbaycanın deyil, bütün türk dünyasının problemidir və Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır.

Gəncə şəhər İcra Hakimiyyətinin birinci müavini Mikayıl Zeynalov əlamətdar gün münasibətilə mərasim iştirakçılarını, bütün Türkiyə xalqını təbrik edərək, qardaş ölkəyə firavanlıq və uğurlar arzulayıb. M.Zeynalov vurğulayıb ki, bu gün ölkələrimiz arasında sıx əlaqələr sürətlə inkişaf edir. Hər iki ölkə beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir və eyni mövqedən çıxış edir. Türkiyə və Azərbaycanın şəhərləri arasında da dostluq memorandumları imzalanır və bu həmrəylik hər birimizə böyük uğurlar gətirir. Bir neçə gün bundan əvvəl Gəncə ilə qardaşlaşan Eskişehirin Valisi Güngör Azim Tuna Gəncədə səfərdə olub, təhsil, mədəniyyət, sənaye və iqtisadiyyatın  inkişafı ilə bağlı qarşılıqlı əməkdaşlıq barədə mühüm məsələlər müzakirə edilib.

Sonda Türkiyənin Gəncədəki Baş Konsulu Orhan İşıka xatirə hədiyyəsi təqdim edilib. 

Tədbirdə şəhər rəsmiləri, ziyalılar, Türkiyənin iş adamları, ictimaiyyət nümayəndələri iştirak ediblər. 





 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib    

Ən çox oxunanalar