Gəncədə evin divarının uçması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.
“Report”un Qərb bürosunun məlumatına görə, xəsarət alanlar - 1964-cü il təvəllüdlü Hicran Həmis qızı Əhmədova və onun nəvəsi, 2015-ci il təvəllüdlü Həmid İlkin oğlu Hüseynovdur.
H.Hüseynov müalicə aldığı xəstəxanadan artıq evə buraxılıb.
Məlumata görə, H.Əhmədovanın hər iki ayağı sınıb. Onun müalicəsi xəstəxanada davam edir.
pia.az