Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncə niyə raket atəşinə tutuldu? Təhlilçi Fuad Şahbazov şərh edir

Gəncə hərbi əməliyyatların getdiyi yerdən 60 kilometr aralıda yerləşsə də, ərazisinə görə yüksək əhəmiyyət daşıyan tranzit dəhlizlərin keçdiyi şəhərdir, siyasi ekspert Fuad Şahbazov bildirib.

Gəncənin Azərbaycanın ikinci ən böyük şəhəri olduğunu xatırladan müstəqil politoloq Fuad Şahbazov qeyd edib ki, orada "hərbi aeroport və ya hərbi hava qüvvələrinin bazası yoxdur".

Bazar günü səhər saatlarında Ermənistan Gəncəni raket atəşinə tutub, Azərbaycan Müdafiə Nazirliyi bildirib. Bu hücum nəticəsində bir nəfər ölüb, 30-dan çox yaralı var.

"Hərbi aerodrom Gəncədə Sovet illəri dövründə olub. Lakin sonradan bu infrastrukturun köhnəlməsi və zaman amili nəticəsində həmin aeroport artıq fəaliyyət göstərmir. Yəni Gəncə aeroportu tam mülki hava limanıdır," - o deyib.

Politoloqun qənaətincə, "Gəncənin bombalanması, görünür, həm mülki əhalini, həm də ordunu demoralizasiya etməyə hesablanmışdı, çünki bombalanan yerlər konkret hədəflər deyil".

"Raketlər Gəncə tərəfə olduqca xaotik şəkildə istiqamətlənmişdi," - o deyib.

Fuad Şahbazov onu da əlavə edib ki, Gəncə sakinlərindən, orada yaşayan dost-tanışdan gələn məlumatlara əsasən, bu hadisə nəticəsində "demoralizasiya yox, əksinə, əhalinin konsolidasiyası baş verib".

Siyasi ekspert Fuad Şahbazov


Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə erməni qüvvələri tərəfindən oktyabrın 4-də atəşə tutulub.

Raket atəşi nəticəsində 1 nəfər mülki şəxs ölüb, 32 nəfər yaralanıb, Azərbaycan Baş Prokurorluğu bildirib.

Cəbhədə döyüşlər bazar günü, sentyabrın 27-dən bəri davam edir.(BBC News)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Ən çox oxunanalar