Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gələn il Naxçıvan sakinləri Qarabağ ermənilərindən də pis yaşayacaq - Qubad İbadoğlu

Naxçıvana mərkəzi büdcədən ayrılan vəsait Ermənistanın Qarabağa ayırdığı vəsaitdən azdır...

2023-cü ildə Naxçıvan Muxtar Respublikası (NMR) büdcəsinin gəlirləri 646,4 milyon manat (380 milyon dollar) olacaq ki, onun da 480,9 milyon manatı (283 milyon dolları) və ya 74,4 faizi Azərbaycan dövlət büdcəsindən NMR-in büdcəsinə dotasiya olacaq.

PİA.az xəbər verir ki, bu barədə iqtisaqçı alim Qubad İbadoğlu məlumat paylaşıb.

Onun sözlərinə görə, Naxçıvana mərkəzi büdcədən ayrılan vəsait Ermənistanın Qarabağa ayırdığı vəsaitdən azdır:

“Baxın və müqayisə edin.

Qarabağın dağlıq hissəsində maksimum 100 min erməni yaşayır, gələn il Ermənistan büdcəsindən onlara 370 milyon dollar dotasiya, yəni adambaşına 3700 dollar vəsait ayrılır.

Naxçıvanda siyahi sayı üzrə 463 min 585 nəfər yaşayır, gələn il Azərbaycan büdcəsindən onlara 283 milyon dollar dotasiya., adambaşına 610 dollar vəsait ayrılır.

Göründüyü kimi gələn il Ermənistanın Qarabağa ayıracağı adambaşına düşən dotasiya məbləği Azərbaycanın Naxçıvana ayıracağı adambaşına düşən dotasiya məbləği ilə müqayisədə 6 dəfədən də çoxdur. Onu da nəzərə alın ki, Naxçıvana gedən pulun çox hissəsi də korrupsionerlər tərəfindən mənimsənilir. Sonra da deyirlər ki, guya naxçıvanlılar yaxşı yaşayır. Yaxşı yaşaydılar, İqdıra, Ərzuruma, Qarsa çorək qazanmağa getməzdilər. Rəsmi məlumatlara görə, Naxçıvanda orta aylıq əmək haqqı 595 manatdır ki, bu da ölkə üzrə orta aylıq əmək haqqının 71,7 faizini təşkil edir. Naxçıvanda işsizlik səviyyəsi də ölkə respublikasının orta göstəricisindən yüksəkdir.

Yekun olaraq onu da deyim ki, 2023-cü ildə Azərbaycan 19,4 milyard dollarlıq, Ermənistan isə 6,4 milyard dollarlıq büdcə xərcləmələri nəzərdə tutur. Beləliklə də Azərbaycanda büdcə xərcləmələri adambaşına 1900 dollar, Ermənistanda isə 2133 dollar təşkil edəcək. Halbuki 2023-cü ildə Azərbaycan büdcə mədaxilinin 54 faizi neft sektorundan daxilolmalar hesabına formalaşacaq…”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

Ən çox oxunanalar