Bazar, 23 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

G-20 zirvə toplantısının nəticələri - Ərəstun Oruclunun şərhində...

Hindistanda keçirilən G-20 zirvə toplantısı başa çatıb...

Siyasi-şərhçi: “Hindistanın paytaxtında keçirilən G-20 sammiti deyərdim ki, bəlkə də, tarixi bir sammit oldu”.

“Bundan sonra bütün Avrasiya bölgəsində, ilk növbədə də Yaxın Şərqdə faktiki olaraq indiyə qədər mövcud olmuş və həyata keçirilməsi nəzəri baxımdan müzakirə olunan, planlaşdırılan bütün geosiyasi layihələr arxa plana keçdi”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu öz işini başa vuran G-20 zirvə toplantısını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Hindistanda keçirilən G-20 zirvə toplantısı öz işini başa çatdırdı. Dünyada baş verən geosiyasi kataklizmlər fonunda G-20 zirvə toplantısını necə dəyərləndirmək olar?

G-20 zirvə toplantısında alınan qərarları Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Memoranduma əsasən bu ölkələr Hindistan, Yaxın Şərq, Avropa iqtisadiyyat və nəqliyyat kommunikasiya dəhlizinin yaradılmasına qərar verdilər. Bu da olduqca mühüm bir qərardır”.

Bu layihənin baş tutacağı halda faktiki olaraq dünyanın iki güclü ölkəsi - Rusiya və Çinin - çox böyük, qlobal bir layihədən kənarda qalacaqlarını nəzərə çatdıran ekspert Poliqon-a bildirib ki, artıq Rusiya və Çinin dünyada sözünün çəkisi də yetərli olmayacaq:

“Hindistanın paytaxtında keçirilən G-20 sammiti deyərdim ki, bəlkə də, tarixi bir sammit oldu. O mənada ki, birinci bu sammitdə həmin iyirmiliyə daxil olan iki ölkə iştirak etmədi. Bu ölkələr Çin və Rusiya idi. Bu da faktiki olaraq Qərbin Yaxın Şərqdəki müttəfiqləri və Hindistan birlikdə de-fakto olaraq Rusiya və Çinə qarşı müəyyən mənada plan işləyib hazırlanmasına şərait yaratdı.

Buradan çıxan əsas nəticə də, o oldu ki, Hindistanın, ABŞ-ın, Avropanın üç ölkəsinin - Almaniya, İtaliya, Fransanın, ayrıca Avropa Birliyinin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin iştirakı ilə bir memorandum imzalandı. Həmin memoranduma əsasən bu ölkələr Hindistan, Yaxın Şərq, Avropa iqtisadiyyat və nəqliyyat kommunikasiya dəhlizinin yaradılmasına qərar verdilər. Bu da olduqca mühüm bir qərardır. Ona görə ki, bundan sonra bütün Avrasiya bölgəsində, ilk növbədə də Yaxın Şərqdə faktiki olaraq indiyə qədər mövcud olmuş və həyata keçirilməsi nəzəri baxımdan müzakirə olunan, planlaşdırılan bütün geosiyasi layihələr arxa plana keçdi.

Ərəstun Oruclu: “Belə bir memorandumun imzalanması G-20 sammitinin nə dərəcədə əhəmiyyətli olduğunu göstərdi”.

Bu layihə baş tutacağı halda faktiki olaraq dünyanın iki güclü ölkəsi - Rusiya və Çin - çox böyük, qlobal bir layihədən kənarda qalacaq. Bu da o deməkdir ki, həmin ölkələrin dünyada sözünün çəkisi də yetərli olmayacaq. Bu mənada belə bir qərarın qəbul olunması, belə bir memorandumun imzalanması G-20 sammitinin nə dərəcədə əhəmiyyətli olduğunu göstərdi.

Onu da qeyd edim ki, G-20 sammitində başqa qərarlar da qəbul olundu, başqa müzakirələr də aparıldı. Amma mən hesab edirəm ki, ən önəmli məsələ bu idi. Çünki bu məsələ dünyanın bütün geosiyasi mənzərəsini dəyişir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İyulun 1-dən kommunal xidmətlərin qiymətləri artacaq

Putinin Şimali Koreya səfəri bu ölkənin "ürəyinə qurd saldı"

Azərbaycanda "WhatsApp"da yayılan səs yazısı ilə bağlı rəsmi açıqlama

Deputatlar növbədənkənar parlament seçkisində seçilməsələr, nə edəcəklər?

Milli Məclisin iyunun 25-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb

Avropa futbolunun ən yaxşı hücumçularının adları açıqlanıb

Şirvanda dövlət qulluqçularının peşə bayramı qeyd edilib - Fotolar 

Prezident İlham Əliyev “Euronews”a müsahibə verib

Diplomatik qarşıdurma yeni mərhələdə: ABŞ ölkədəki Rusiya viza mərkəzlərini bağlayır

Ən çox oxunanalar