Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Finlandiya Rusiya ilə sərhədin bağlanmasının müddətini uzadacaq

Finlandiya hakimiyyəti ən azı bir ay Rusiya Federasiyası ilə sərhədi açmayacaq...

Poliqon xəbər verir ki, bu barədə məlumatı yerli Yle TV-yə kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Sari Essaya verib.

“İctimai sahədə olan məlumatı təsdiq edə bilərəm. Sərhəd bağlı qalacaq, belə bir qərar qəbul etmək üçün kifayət qədər məlumatımız var”, nazir bildirib.

Qeyd edək ki, Sari Essaya Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Nazirlər Komitəsinin üzvüdür. O, həmçinin Finlandiya prezidentliyinə namizəddir.

Xatırladaq ki, Finlandiya Rusiya ilə sərhədini ötən ilin sonunda bağlayıb. Bu tədbir Avropa ölkələrində sığınacaq axtaranların axınının kəskin artmasının qarşısını almaq üçün həyata keçirilir. Helsinki bəyan edib ki, miqrant axını Moskva tərəfindən təşkil olunub. Kreml bu ittihamı qəti şəkildə rədd edib.

2024-cü il yanvarın 9-da Finlandiya Daxili İşlər Nazirliyinin rəhbəri Rusiya-Finlandiya sərhədində miqrantlarla bağlı vəziyyətdə heç bir dəyişiklik olmadığını bildirib.

Finlandiya Sərhəd Mühafizəsinin məlumatına görə, 2023-cü ilin noyabrında Keniya, Mərakeş, Pakistan, Somali, Suriya və Yəməndən olan 900-ə yaxın sığınacaq axtaran şəxs Rusiyadan Finlandiyaya daxil olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar