Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Finlandiya ABŞ-ın nüvə silahlarını öz ərazisində yerləşdirməyəcək

Finlandiya ABŞ-ın nüvə arsenalını öz ərazisində yerləşdirməyə ehtiyac görmür...

Poliqon xəbər verir ki, bu barədə Finlandiyanın Baş naziri Petteri Orpo Polşanın “Rzeczpospolita” qəzetinə müsahibəsində bildirib.

Orponun sözlərinə görə, Finlandiya NATO çərçivəsində öz vəzifələrini yerinə yetirməyə diqqətlə hazırlaşır və artıq adi silahlardan istifadə etməklə Alyansa qarşı potensial təhlükələrin qarşısının alınmasında iştirak edir.

ABŞ-ın nüvə silahlarının Finlandiyada yerləşdirilməsi lazım deyil, çünki NATO özü nüvə təhlükəsinin qarşısının alınmasını təmin edir. Alyansın bir neçə ölkəsində nüvə silahı yerləşdirilib və bu, kifayətdir”, deyə Finlandiyanın Baş naziri bildirib.

Qeyd edək ki, dekabr ayında Finlandiya hakimiyyəti ABŞ-la müqavilə imzalayıb. Bu müqavilə Pentaqona ümumilikdə 15 Finlandiya hərbi obyektinə giriş imkanı verib. Amerikalılar həmin hərbi obyektlərdə qoşun, silah və texnika yerləşdirə biləcəklər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar