Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fikrət Qoca: “Allah başınıza gətirsin”


Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocanın nəvəsi Pərviz ABŞ Silahlı Qüvvələrinin zabiti olub


 Məlumat üçün bildirək ki, gənc zabit 10 ildən çoxdur ABŞ-da yaşayır. 

O, Fikrət Qocanın qızı Günay Qocayevanın oğludur. 

Xalq şairi nəvəsilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb:

“Mənim nəvəm hərbçidir. Öz istəyilə bu yolu seçib. Sevincliyəm. Hər bir baba bu günü arzulayar”.
F.Qoca onun sevincini paylaşanlara “Allah sizin də başınıza gətirsin”,- deyib.
 
Qeyd edək ki, xalq şairinin qızı G.Qocayeva 2004-cü ildən ABŞ-ın İndiana Ştatında yaşayır. O, Bakı şəhərində dünyaya gəlib, orta məktəbi bitirdikdən sonra BDU-nun Şərqşünaslıq fakültəsində təhsil alıb, 1993-cü ildə oranı türkoloq kimi başa vurub. Bir müddət Azərbaycan Yazıçılar Birliyində kitabxanaçı, sonradan kitabxana müdirəsi vəzifələrində çalışıb. Ailəlidir…

Pərvizin atası  - Günay Qocayevanın həyat yoldaşı Corc milliyətcə ingilisdir. Amma islam dinini qəbul eləyib, az da olsa Azərbaycanca danışa bilir. 

ABŞ Silahlı Qüvvələrinin gənc zabit Pərviz 21 yaşındadır, o, ABŞ-da ingilis dilində təhsil alıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar