Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş filmin təqdimatı olub - Foto

Heydər Əliyev Sarayında Xalq artisti Vaqif Mustafayevin Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş filminin təqdimatı baş tutub...

PİA.az xəbər verir ki, təqdimat mərasimində mədəniyyət naziri Anar Kərimov, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan, mədəni-ictimai xadimlər iştirak edib.

Mədəniyyət naziri Anar Kərimov filmi Fikrət Əmirovun yaradıcı şəxsiyyətinə töhfə adlandırıb: "Filmin ərsəyə gəlməsində Xalq artisti Vaqif Mustafayevin əməyi çox böyükdür. Vaqif müəllim dahi bəstəkarımızın ailəsi ilə ünsiyyətdə olaraq belə bir filmi ərsəyə gətirib. Əminəm ki, bu film Mədəniyyət Nazirliyinin dahi bəstəkarımıza verdiyi qiymət və töhfələrdən biri kimi önəmli yerə sahib olacaq".

Filmin ssenari müəllifi və rejissoru Xalq artisti Vaqif Mustafayev isə bunları deyib: "Mən çəkdiyim bütün filmlərə ürəkdən və səmimi yanaşmışam. Bu dəstəyə və etimada görə hörmətli nazir Anar Kərimova minnətdarlığımı bildirirəm. Filmin mənim yaradıcı həyatımda özünəməxsus yeri var".

Xalq artisti Kino Agentliyinin ölkə kinosuna verəcəyi töhfədən də danışıb: "Hazırda Kino Şöbəsi Azərbaycan kinosunun yükünü çəkmək üçün balacadır. O səbəbdən, cənab Prezident İlham Əliyev Kino Agentliyinin yaradılması haqqında fərman imzaladı. Artıq bu istiqamətdə işlər yekunlaşıb. Təklif edirəm ki, Kino Agentliyinə də rəhbər kimi məhz indiki Kino şöbəsinin rəhbəri Rüfət Həsənov gətirilsin. Çünki mən ayrı cür düşünə bilmirəm".

Çıxışlardan sonra film təqdim olunub.

pia.az


Etiket: Fikrət Əmirov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qazaxın işğaldan azad edilən dörd kəndinin sakinləri doğma yurdlarında - Video

Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edili

Ermənistanda keşiş Paşinyanın postuna namizəd oldu

İsrail Ordusu Cenin şəhərində əməliyyat keçirir

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

Qazaxda çay daşıb, yaşayış sahələrini su basıb

Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Ən çox oxunanalar