Şənbə, 14 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fidan: Ümid edirik ki, Ukraynada atəşkəs danışıqları tezliklə başlayacaq...

Türkiyə Ukrayna ilə Rusiya arasında atəşkəs danışıqlarının tezliklə başlayacağına ümid edir...

Poliqon “Euractiv” portalına istinadən xəbər verir ki. bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalyada keçirilən diplomatik forumdan sonra deyib.

Qeyd edilir ki, Forum çərçivəsində Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb. Görüşdən sonra Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri jurnalistlərə bildirib ki, o, Lavrovla bir sıra məsələləri, o cümlədən Ukraynanı müzakirə edib.

“Ukraynaya gəldikdə, biz inanırıq ki, hər iki tərəf hərbi cəhətdən əldə edə biləcəklərinin son həddinə çatıb. Hesab edirik ki, atəşkəslə bağlı dialoqa başlamağın vaxtı çatıb... Bu, Rusiya tərəfindən aparılan işğalın tanınması demək deyil, suverenlik və atəşkəs məsələləri ayrıca müzakirə olunmalıdır”, deyə Fidan bildirib.

“Euractiv” portalı qeyd edir ki, Ankara Ukraynaya hərbi dəstək verir və onun ərazi bütövlüyünü dəstəkləyir, eyni zamanda Rusiyaya qarşı sanksiyalara qarşıdır.

“500 mindən çox insanın ölümü və yaralanması, bütöv bir ölkənin infrastrukturunun tamamilə məhv edilməsi dözə biləcəyimiz reallıq deyil... Buna birtəhər son qoyulmalıdır. Bunun qarşısını almaq üçün müzakirələr aparılmalı, hər kəs bu fikrə alışmalıdır”, deyə Türkiyənin xarici işlər naziri vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi - Rəsmi

“Murdar ətlər şadlıq evlərinə, uşaq bağçalarına, dönərxanalara...” - Şok açıqlama

Azərbaycanlı aktrisaya aktyor əri maşın hədiyyə etdi - Video

Bu məzarlıqda azərbaycanlı iş adamının 6 milyon dollarını və 6 kq qızılını axtarırlar

Azərbaycan Qran-prisi: "Formula 1"də ikinci sərbəst yürüş yekunlaşıb, Lekler birinci olub - Yenilənib

Ziya Hüseynzadə Razi Əliyevanı məhkəməyə verdi

Böyrəkləri sağlam saxlamaq üçün nə yemək lazımdır?

Azərbaycan təşkilatları Zəngəzur yolu ilə bağlı birgə bəyanat yayıblar

97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsində üç məntəqənin nəticələri ləğv olunub

Ən çox oxunanalar