Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN: Lənkəran və Astarada bəzi evləri su basıb, 11 nəfər təxliyə edilib - Video

İntensiv yağan yağışlar nəticəsində Lənkəran rayonunun Narbağı, Astara rayonunun Təngərüd və Maşxan kəndlərində bəzi fərdi yaşayış evləri və həyətyanı sahələrin subasmaya məruz qalıb...

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar ərazilərə cəlb olunan FHN-in Cənub Regional Mərkəzinin qüvvələri tərəfindən köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyəsi həyata keçirilib, müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Qeyd olunan yaşayış məntəqələrindən 4-ü uşaq olmaqla ümumilikdə 11 nəfər təxliyə olunub.

Bundan əlavə, Hacıqabul rayonun İkinci Udullun kəndində subasma nəticəsində evdə köməksiz vəziyyətdə qalmış bir nəfər Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən təxliyə edilib.

Həmçinin, mülki müdafiə qoşunlarının xilasediciləri tərəfindən Qəbələ rayonunun Solquca kəndi yaxınlığında çayda suyun artması səbəbindən çay yatağında qalan içərisində 4 nəfərin olduğu minik avtomobilinin çıxarılması üçün müvafiq köməklik göstərilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Amerikalı maqnat Baydeni neft qiymətləri şoklarına qarşı həssas olmaqda ittiham edib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

Ən çox oxunanalar