Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-də "Heydər Əliyev İli"nə həsr olunmuş tədbir keçirilib

Sentyabrın 22-də FHN-in Bakı Regional Mərkəzi tərəfindən "Heydər Əliyev İli"nə həsr olunmuş "Milli tariximizin Heydər Əliyev dövrü tərəqqi və inkişaf mərhələsi olmuşdur" mövzusunda tədbir keçirilib...

FHN-dən Poliqon-a verilən xəbərə görə, tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, ulu öndər Heydər ƏliyevAzərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışıb, Dahi Rəhbərin bütün siyasi fəaliyyəti dövründə azərbaycanlıların birliyinin yaranmasına, müstəqil Azərbaycan dövləti ətrafında sıx birləşməsinə və vahid milli ideya ətrafında toplaşmasına nail olmaq yolunda yorulmadan səy göstərdiyini iftixar hissi ilə dilə gətirib. M.Həsənov ümummilli lider Heydər Əliyevin dahi uzaqgörənliklə ölkəmizin və xalqımızın tərəqqisi üçün düşünülmüş siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində ölkəmizin dünya birliyinin layiqli üzvünə çevrildiyini vurğulayıb.

Tədbirdə çıxış edən FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev qeyd edib ki, zəngin idarəçilik təcrübəsinə malik dahi Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli inkişaf konsepsiyasını işləyib hazırlayıb və onu dəqiqliklə həyata keçirib. Bugünkü müstəqil, demokratik, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan Ümummilli Liderin şah əsəridir.

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov və digər çıxış edənlər də xalqımızı zamanın çətin sınaqlarından uğurla çıxarıb müstəqilliyə qovuşduran Ümummilli Liderin mənalı ömür yolundan, Vətən və xalq qarşısında müstəsna xidmətlərindən ətraflı bəhs ediblər.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Fotolar

Poliqon.info


Etiket: FHN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Ən çox oxunanalar