Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Məmmədov: Qərb sülh üçün həm Azərbaycanı, həm də Ermənistanı tələsdirir...

Rişi Sunak Azərbaycanla Ermənistan arasında noyabr ayında sülh sazişinin imzalanacağına inandığını vurğulayıb...

Siyasi-şərhçi: “7 dekabr bəyanatının nəticəsi olaraq Azərbaycan Bakıda COB 29 sammitinin keçirilməsinə nail oldu və bu Ermənistanla əməkdaşlıq çərçivəsində baş verdi”.

“Sülh sazişi Cənubi Qafqazda Rusiyanın hərbi-siyasi mövcudluğunu, ona olan tələbatın səviyyəsini xeyli azaldacaq”.

Bu sözləri siyasi-şərhçi Fərman Məmmədov Britaniyanın baş nazirinin Azərbaycanla Ermənistan arasında bağlanması gözlənilən sülh haqqındakı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Qlobal Bakı Forumuna təbrik məktubu göndərən Britaniyanın Baş naziri Rişi Sunak Azərbaycanla Ermənistan arasında noyabr ayında sülh sazişinin imzalanacağına inandığını yazıb. Qeyd edək ki, ilk dəfədir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı ilə bağlı dəqiq tarix səsləndirilir.

Bəs, nəyə əsasən Rişi Sunak Azərbaycanla Ermənistan arasında noyabr ayında sülh sazişinin imzalanacağına inandığına işarə edir? Ümumiyyətlə, bu tarix haradan ortaya çıxa bilər və bu tarixdə Cənubi Qafqazda hərtərəfli sülh bərqərar ola bilər?

Sülh sazişinin imzalanmasının vaxtının bəlli olmasını Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Əgər Ermənistan Azərbaycan və Türkiyə ilə normallaşmaya getsə, əlbəttə ki, Rusiyaya bir himayəçi dövlət kimi yanaşması da transformasiyaya uğrayacaq”.

ABŞ-ın balanslı sülh sazişi haqqında danışdığını vurğulayan ekspert Poliqona bildirib ki, Böyük Britaniyanın da sülh sazişinin yaxın müddətdə imzalanmasının onaların maraqları çərçivəsində olduğunu bildirir:

“Nəzərə almaq lazımdır ki, 7 dekabr bəyanatının nəticəsi olaraq Azərbaycan Bakıda COB 29 sammitinin keçirilməsinə nail oldu və bu Ermənistanla əməkdaşlıq çərçivəsində baş verdi. Məhz bu tədbirin də simvolik olaraq Azərbaycan-Ermənistan münasibətlərində xüsusi rolu olduğu qeyd edilir. Bu tədbir çərçivəsində hansısa nəticələrin əldə olunacağına ümid edirik.

Ümumi olaraq deyə bilərk ki, Qərb sülh üçün hər iki tərəfi tələsdirir. Hər bir ölkə bunu özünəməxsus formada həyata keçirdir. Məsələn, Fransa Ermənistanı silahlandırmaqla guya ki, Azərbaycanla balansı təmin edib Ermənistanın danışıqlardakı mövqeyini gücləndirir. Onlara görə bu yolla sülh sazişinə daha tez nail olmaq olar. ABŞ balanslı sülh sazişi haqqında danışır, Böyük Britaniya da ümümi fikir bildirir ki, sülh sazişin yaxın müddətdə imzalanması onaların maraqları çərçivəsindədir.

Bəllidir ki, sülh sazişi hamı tərəfindən qəbul edilən bir məsələdir. Sülh sazişi Cənubi Qafqazda Rusiyanın hərbi-siyasi mövcudluğunu, ona olan tələbatın səviyyəsini xeyli azaldacaq. Bu gün ən çox Rusiyanın mövcudluğu Ermənistandadır. Əgər Ermənistan Azərbaycan və Türkiyə ilə normallaşmaya getsə, əlbəttə ki, Rusiyaya bir himayəçi dövlət kimi yanaşması da transfarmasiyaya uğrayacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Ən çox oxunanalar