Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eynulla Fətullayev deputat Elton Məmmədovu DYP-yə çağırdı


Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlunun Bakının Zığ-Aeroport şossesində sürət yarışına çıxdığını əks etdirən videokadrların virtualaz.org və haqqın.az saytlarında yayılmasından sonra deputat bu xəbərə mətbuatda qəzəbli reaksiya verib.


Elton Məmmədov bu məlumatı “yalan, böhtan və şantaj” adlandıraraq deyib ki, onun oğlunun heç bu nömrədə belə maşını yoxdur. Söhbət 10 LZ 100 dövlət nömrə nişanlı “Porsche “ markalı avtomobildən gedir. Deputat iddia edib ki, onun oğlunun adını hallandıranlar “gözü götürməyənlərdir” və məqsəd Azərbaycan gəncliyini “qaralamaqdır”.  E.Məmmədov daha sonra jurnalistləri həmin nömrə nişanlı avtomobilin kimə məxsus olduğunu DYP-də araşdırmağa da çağırıb.

Qeyd edək ki, virtualaz.org saytı 2012-ci ilin mayında çəkilmiş həmin videokadrları oxuculara təqdim etməzdən əvvəl avtomobillərin kimə məxsus olduğunu DYP-dəki mənbələrdən araşdırmışdı və kartoteka məlumatlarına əsasən avtomobilin məhz deputatın övladlarından birinə məxsus olduğu dəqiqləşmişdi.

Deputat Elton Məmmədovun bu qəzəbli açıqlamasından sonra haqqın.az və virtualaz.org saytının təsisçisi, jurnalist Eynulla Fətullayev yenidən məsələni araşdırıb. Eynulla Fətullayev bildirib ki, o, öz mənbələri vasitəsilə bir daha DYP-nin kartotekasında Bakı küçələrində sürət yarışına çıxan avtomobilin kimə məxsus olduğunu dəqiqləşdirib. “DYP-nin kartotekasında yer alan məlumatlarda göstərilib ki, 10 LZ 100 dövlət nömrə nişanlı “Porsche”nin sahibi Məmmədov Aynar Elton oğludur. Üstəlik 10 LR 100 dövlət nömrə nişanlı avtomobillər də Məmmədov Aynar Elton oğlunun adına qeydiyyatdan keçib. Ona görə də mən deputat Elton Məmmədova müraciət edərək deyirəm ki, maşınların oğluna aid olmadığına belə əmindirsə gəl birlikdə DYP-yə gedək və məsələni araşdıraq. Əgər maşınlar doğrudan da onun oğlunun adına deyilsə o zaman mən jurnalistikadan gedəcəyimi elan edirəm. Əgər maşınların E.Məmmədovun oğlunun adına olduğu təsdiqlənərsə bu zaman o, deputat mandatını təhvil verməlidir. Çünki millət vəkili xalqa yalan danışmaz” deyə E.Fətullayev bildirib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Ən çox oxunanalar