Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ətin bahalaşmasına qəssablardan narazılıq: “Alıcıya qiymət deməyə utanıram” - VİDEO  

Son zamanlar ətin qiymətində yenidən artım müşahidə olunur.

Ətin bahalaşması qəssablar arasında narazılığa səbəb olub. Onlar diri heyvanın alış qiymətinin günü-gündən artmasından şikayətçidirlər.

“Adam var, bir ayda 300 manat maaş alır. Gəlir, yeddi kilo ətə 150 manat pul verir. O pulla necə dolansın? Mən 30 ilə yaxındır qəssab işləyirəm, gələn alıcıya ətin qiymətini deməyə utanıram”, - qəssab bildirib.

Onlar ətin bahalaşmasının səbəblərindən birinin də bütün rayonlarda diri heyvanların satışı bazarının hər gün təşkil olunması ilə əlaqələndirirlər. Halbuki əvvəlki illərdə heyvan bazarları həftədə yalnız bir gün təşkil olunurdu. Qəssablar bu ənənənin bərpa olunmasını istəyirlər.
İqtisadçılar isə bildiriblər ki, qiymət artımı bazarların hər gün təşkil olunması ilə bağlı deyil.

Əksinə, bu amil rəqabəti çoxaldır və qiymətin düşməsinə səbəb ola bilər. Qeyd olunub ki, heyvan bazarlarının hər gün təşkil olunması həm tez-tez baş verən xeyir və şər məclisləri, həm də restoranların sayının artması ilə bağlıdır. Odur ki, heyvan bazarının həftədə bir dəfə təşkil olunması bu tələbatı ödəmək üçün yetərli olmaya bilər.

Ətraflı Baku TV-nin süjetində:

 


Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Əməkdar artist vəfat edən xanımından danışdı

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

Ən çox oxunanalar