Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanla Qazaxıstan arasında ticarət dövriyyəsi 2,4 dəfə artıb

2023-cü ildə Ermənistan və Qazaxıstan arasında ticarət dövriyyəsi 2022-ci ilin göstəriciləri ilə müqayisədə 2,4 dəfə artaraq 104 milyon dollar təşkil edib...

Poliqon xəbər verir ki, bu barədə aprelin 9-da İrəvanda Ermənistan-Qazaxıstan biznes forumu zamanı Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

Nazirin sözlərinə görə, Qazaxıstan prezidenti Tokayevin Ermənistana gələn həftəyə planlaşdırılan səfəri ikitərəfli münasibətlərdə xüsusi yer tutur.

Gevorq Papoyan əlavə edib ki, yanvar-fevral aylarında Ermənistanda iqtisadi aktivlik 13,6% təşkil edib.

“Dövlət lizinq kreditləşməsinin faiz dərəcəsini subsidiyalaşdırmaqla müəssisələrə istehsalı modernləşdirmək imkanı verir. Bu proqram çərçivəsində 1846 şirkət təxminən 228 milyard dram dəyərində yeni avadanlıq alıb”, deyə Papoyan qeyd edib.

Qeyd edək ki, forumda iqtisadiyyatın müxtəlif sahələrinin 150-dən çox nümayəndəsi, Qazaxıstanın ticarət və inteqrasiya naziri Arman Şakkaliev iştirak edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar