Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın Azərbaycana qarşı törətdiyi ekoloji cinayətlər...

Ermənistan sərhəd boyu ərazilərdə su hövzələrini qəsdən çirkləndirir...

Politoloq: “Ermənistanın bölgədə ekoloji fəlakətlər törətməsi yeni bir hadisə deyil”.

“Su ehtiyatlarının tükənməsi nəzərə alaraq, dünyada onun qlobal trendə çevrilməsini göz önünə gətirərək Ermənistanın bu terrorun qarşısını almaq lazımdır”.

Bu sözləri politoloq İlyas Hüseynov Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji fəlakəti Poliqon-a şərh edərkən qeyd edib.

Son dönəmlərdə Ermənistanda dağ mədən sənayesindən çıxarılan kimyəvi tullantıların ekstremal dərəcədə Araz çayına axıdılması, Azərbaycanla sərhəd boyu ərazilərdə su hövzələrinin qəsdən çirkləndirilməsi kimi ekoloji problemlər yaşanır.

Bəs bu problem regional təhlükə sayıla bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Su ehtiyatları ilə bağlı regional təhlükə nəyinki Cənubi Qafqaz regionunda, bütün dünyada artmaqdadır”.

Azərbaycana daxil olan iki böyük çayın birbaşa olaraq Ermənistan ərazisindən keçdiyini xatırladan politoloq Poliqon-a bildirib ki, Ermənistan da məhz bu amili nəzərə alaraq ölkəmizə qarşı bunu kütləvi qırğın vasitəsi kimi də istifadə edə bilər:

Ermənistanın bölgədə ekoloji fəlakətlər törətməsi yeni bir hadisə deyil. Uzun illər ərzində bölgədə işğalçılıq siyasəti yürüdərək Ermənistan rəhbərləri ekosit, urbisit, kultursit həyata keçiriblər. Onlar şəhərlərimizi məhv edib, mədəniyyətimizi yer üzündən siliblər, vandalları və barbarlıq hərəkətlərini icra ediblər. Ən dəhşətlisi bundan ibarətdir ki, flora və faunaya da külli miqdarda ziyan vurublar. Mənə elə gəlir ki, təbiətin özünü bərpa etməsi üçün on illiklər lazımdır.

Bununla yanaşı olaraq bütün ekologiya ilə bağlı fəaliyyət göstərən şirkətlərin, təşkilatların, qurumların tövsiyələrinə və çağırışlarına baxmayaraq hələ də, Metsamor atom elektrik stansiyası Ermənistanda fəaliyyət göstərir. Bu bölgənin eko-sistemi üçün hər zaman böyük təhdiddir.

Xüsusilə, vurğulamaq lazımdır ki, Ermənistan həm də hidro terror törədir. Onlar transsərhəd çayları və Azərbaycanla sərhəddə olan su hövzələrini zəhərləryirlər. Metsamor atom elektrik stansiyasından olan axıntıları çaylara və su hövzələrinə tökürlər. Bununla yanaşı olaraq həm də Oxçuçay zəhərlənir, oraya ağır metallurgiya axıdılır. Bu da tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə pozulması deməkdir. Məhz hidro terror ilə bağlı Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınması və öz məkirli, çirkin niyyətinə davam etməsi ilə bağlıdır.

İlyas Hüseynov: “Suyun zənginləşdirilməsi, saflaşdırılması, onun metallarla bağlı laboratoriyalarda müxtəlif müayinələrin keçirilməsi ölkəmizin milli təhlükəsizliyi üçün də, mühim əhəmiyyət kəsb edir”.

Aydındır ki, burada əsas məsələ su ehtiyatlarının çatışmazlığı ilə bağlıdır. Azərbaycan Cənubi Qafqazda elə dövlətlərdəndir ki, su ehtiyatları getdikcə tükənir. Eyni zamanda işğaldan azad edilən ərazilər Azərbaycanın su ehtiyatının bərpa olunmasında mühim rol oynayacaq. Lakin burada da ərazilərin minalanması və digər çirkin niyyətlər, məhz Azərbaycana qarşı su qıtlığının yaranmasına yönəlmiş hərəkətlər kimi qiymətləndirilir.

Onu da qeyd edim ki, su ehtiyatları ilə bağlı regional təhlükə nəyinki Cənubi Qafqaz regionunda, bütün dünyada artmaqdadır. Bəzi ehtiyatlara görə gələcəkdə müharibələr məhz su hövzələri üstündə olacaq. Artıq belə müharibələrin ilkin işartıları Mərkəzi Asiyada, Yaxın Şərqdə var.

Buna görə də, su ehtiyatlarının tükənməsi nəzərə alaraq, dünyada onun qlobal trendə çevrilməsini göz önünə gətirərək Ermənistanın bu terrorun qarşısını almaq lazımdır. Azərbaycana daxil olan iki böyük çay birbaşa olaraq Ermənistan ərazisindən də keçir və ya dolayı ilə Ermənistan ərazisindən keçməkdədir. Ermənistan da məhz bu amili nəzərə alaraq ölkəmizə qarşı bunu kütləvi qırğın vasitəsi kimi də istifadə edə bilər. Bu baxımdan da, əlaqəli qurumlar və strukturlar hər zaman həyəcan təbili çalmalıdırlar. Suyun zənginləşdirilməsi, saflaşdırılması, onun metallarla bağlı laboratoriyalarda müxtəlif müayinələrin keçirilməsi ölkəmizin milli təhlükəsizliyi üçün də, mühim əhəmiyyət kəsb edir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Əməkdar artist vəfat edən xanımından danışdı

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

Ən çox oxunanalar