Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın 70-ə yaxın əsgər və zabitini məhv edən igid - Video

44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdırdı. Onların sırasında əslən Quba rayonundan olan Sumqayıt şəhər sakini, xüsusi təyinatlı qüvvələrin giziri şəhid Mehrab Söhrab oğlu Niftəliyev də var.

PİA.az xəbər verir ki, Niftəliyev Mehrab Söhrab oğlu 1985-ci il 13 may tarixində Quba şəhərində doğulub. 17 il Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə qüsursuz xidmət edib. O, ölkəmizlə yanaşı, digər xarici ölkələrdə təşkil edilən hərbi təlimlərdə uğurlara imza atıb. O xüsusən çətin hərbi təlim sayılan "Qafqaz qartalı" və "EFES" təlimlərini keçib. Hərbi xidmətə başladığı ilk gündən bacarığı və atdığı addımları ilə komandanlığın diqqətini cəlb edən Mehrab Niftəliyev çox keçmir ki, döyüş bölgəsinə göndərilir. Ayrı-ayrı cəbhə bölgələrində erməni işğalçılarına qarşı ölüm-dirim savaşlarında iştirak edir.

Döyüş yoldaşları deyir ki, müharibənin ən qızğın döyüşləri Cəbrayıl, FüzuliŞuşa döyüşləri istiqamətində olub ki, Mehrab da bu döyüşlərdə düşmənin bir neçə zabit və hərbi qulluqçusunu, eyni zamanda zirehli texnikasını şəxsən məhv edib. Mehrab Niftəliyev noyabrın 8-i Şuşada qəhrəmancasına şəhid olub. O, Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Ailəlidir, 3 övladı var.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

Politoloq: Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək...

Kərim döyüləndən sonra ilk dəfə paylaşım etdi

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Ən çox oxunanalar