Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda Rusiyaya qarşı artan nifrət - İrəvan Moskvadan xoşluqla “boşana” biləcək?

Azərbaycanın uğurlu hərbi əməliyyatı və Qarabağın tamamına nəzarəti bərpa etməsi ermənilərin Rusiyaya nifrətini artırıb...

Siyasi-şərhçi: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq Ermənistan üçün daha rahatdır, nəyinki Rusiya bazasından imtina etmək”.

Ermənistan iqtisadi baxımından da Qərbin dəstəyinə nail olaraq Rusiyadan asılığın aşağı salınmasına da nail ola bilər. Amma buna illər lazımdır”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Rusiya ilə Qərb arasında qızışan Cənubi Qafqaz savaşının hazırkı mərhələsini Poliqon-a şərh edərkən qeyd edib.

Azərbaycanın uğurlu hərbi əməliyyatı və Qarabağın tamamına nəzarəti bərpa etməsi ermənilərin Rusiyaya nifrətini artırıb, İrəvanda Rusiyanın hərbi bazasından imtina və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq barədə şüarlar güclənib.

Bəs Rusiya ilə Qərb arasında qızışan Cənubi Qafqaz savaşının hazırkı mərhələsini necə dəyərləndirmək olar və Azərbaycanın antiterror əməliyyatı bu proseslərə necə təsir edir?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Ermənistanın bu gün açıq-aşkar KTMT-dən çıxması o deməkdir ki, Rusiya, həm də İrəvanın Avrasiya İqtisadi İttifaqındakı üzvlüyünə də yenidən baxacaq və yaxud ən azı Ermənistana olan bu imtiyazları ləğv edəcək”.

Bu qurumların Ermənistan üçün böyük imtiyazlar formalaşdırdığını xatırladan politoloq Poliqon-a açıqlamasında bildirib ki, bu imtiyazlardan istifadə edərək Ermənistan son iki il ərzində Rusiya ilə ticarət dövriyyəsini üç dəfə artırıb:

“Düşünürəm ki, Ermənistan üçün bunlar iki ayrı məsələdir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq Ermənistan üçün daha rahatdır, nəinki Rusiya bazasından imtina etmək. Çünki Rusiyanın hərbi bazası Ermənistanda KTMT bazasında qəbul edilmiş öhdəlik deyil. Bu ikitərəfli hərbi-siyasi müttəfiqliyin nəticəsidir və 2044-cü ilə qədər onun fəaliyyəti haqqında beynəlxalq müqavilə var.

Lakin Ermənistan üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq çox çətindir. Çünki Rusiya ilə Ermənistanın münasibəti hər zaman paket formasındadır. Yəni, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxıb Avrasiya İqtisadi İttifaqına və Gömrük İttifaqında qalması demək olar ki, mümkün deyil. Bu qurumlar Ermənistan üçün böyük imtiyazlar formalaşdırıb.

Bu imtiyazlardan istifadə edərək Ermənistan son iki il ərzində Rusiya ilə ticarət dövriyyəsini demək olar ki, üç dəfə artırıb. Ermənistanda keçən il, bu il sərgilənən iqtisadi inkişafın əsas səbəbi də məhz bundan ibarətdir. Bu isə öz növbəsində Paşinyanın reytinqinin əsas göstəricisidir.

Təhlükəsizlik məsələsində, Qarabağ məsələsində Paşinyanın reytinqi çox aşağıdır. Paşinyan hakimiyyətinin strukturunun əsası məhz iqtisadi göstəricilərdir.

Fərhad Məmmədov: “Onu gözləyə bilərik ki, Azərbaycanla, Türkiyə ilə normallaşma prosesi Ermənistanın subyektivliyini artırmaq istiqamətdə böyük bir addım olacaq. Bu Yerəvana imkan verəcək ki, Qərb və Hindistan simasında KTMT-də qala-qala təhlükəsizlik məsələləri ilə bağlı yeni tərəfdaşlar qazansın”.

Buna görə də, Ermənistanın bu gün açıq-aşkar KTMT-dən çıxmaq o deməkdir ki, Rusiya həm də Avrasiya İqtisadi İttifaqındakı üzvlüyü də yenidən baxacaq və yaxud ən azı Ermənistana olan bu imtiyazları ləğv edəcək. Onu gözləyə bilərik ki, Azərbaycanla, Türkiyə ilə normallaşma prosesi Ermənistanın subyektivliyini artırmaq istiqamətdə böyük bir addım olacaq. Bu Yerəvana imkan verəcək ki, Qərb, Hindistan simasında KTMT-də qala-qala təhlükəsizlik məsələləri ilə bağlı yeni tərəfdaşlar qazansın. Eyni zamanda Ermənistan iqtisadi baxımından da Qərbin dəstəyinə nail olaraq Rusiyadan asılığın aşağı salınmasına da nail ola bilər. Amma buna illər lazımdır. Çünki belə qurumlara daxil olmaq çox yüngüldür. Amma oradan çıxmaq, ələxsus da, bur neçə il orada ola-ola, bütün qanunvericilik bazasını belə qurumlara tabe edə-edə çox çətindir.

Ona görə də buna millətlər üstü təşkilat deyirlər. Yəni, dövlətdən üstün bir təşkilatdır. Hər bir dövlət öz qanunvericiliklərini, standartlarını və s. bu qurumun tələblərinə uyğun formalaşdırır. Belə olan halda da,əlbəttə ki, quruma daxil olmaq çox asandır, amma çıxmaq çox çətindir. Qurumdan çıxmaq vaxt, əlavə maliyyə tələb edəm məsələdir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Ən çox oxunanalar