Ermənistanın cənubunda məktəbliləri daşıyan avtobus çaya düşüb...
APA xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi Qafan-Aracadzor yolu ilə hərəkət edən avtobusun çaya düşməsi zamanı 21 nəfərin yaralandığını deyib.
***
Ermənistanın cənubunda məktəbliləri daşıyan avtobus çaya düşüb.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Qafan-Aracadzor yolu ilə hərəkət edən avtobus dərəyə yuvarlanaraq çaya düşüb.
Hadisə zamanı 15-dən çox insanın yaralandığı bildirilir.
Poliqon.info