Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan XİN rəhbəri Novruz Məmmədovun bəyanatını təkzib etdi


Ermənistanın xarici işlər naziri Ervard Nalbandyan bunu dövlət informasiya agentliyi armenpress-in suallarını cavablandırarkən deyib


Sankt-Peterburq sammitində Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı razılıq əldə olunmayıb. Məsələnin mərhələli həllinə gəlincə, onun əsasını, dəfələrlə deyildiyi kimi, ilk növbədə Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsinin və bu planı reallaşdırmasının Azərbaycan tərəfindən qəbul edilməsi məsələsi təşkil etməlidir”.

Virtualaz.org bildirir ki, Ermənistanın xarici işlər naziri Ervard Nalbandyan bunu dövlət informasiya agentliyi armenpress-in suallarını cavablandırarkən deyib.

E.Nalbandyan onu da vurğulayıb ki, Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov heç vaxt heç bir danışıqda iştirak etməyib: “Bu mənada Sankt-Peterburq sammiti də istisna deyildi. Son görüşdə o yalnız işgüzar naharda iştirak edib, orada isə ancaq ATƏT-in ofisinin səlahiyyətinin genişləndirilməsi və həhqiqat mexanizmlərinin yaradılması məsələləri müzakirə olunub”.

Xatırladaq ki, bu gün Rəsmi Bakı ilk dəfə prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində tərəflərin razılığa gəldiyi məqamları açıqlamışdı.

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ANS-ə bildirmişdi ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub: "Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibari ilə razılığa gəldilər".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Neytral mövqe tutan ölkələr Putinə nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib

Ən çox oxunanalar