Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin regionda yenidən münaqişə yaratmaq imkanları var?

Ermənistan sülh müqaviləsini imzalamaqdan yayınsa, regionun gələcəyi necə görünür?..

Siyasi-şərhçi: “Ermənistanın artıq sülh müqaviləsinə qol çəkməmək kimi bir şansı qalmayıb. Sadəcə müqavilənin ömrünü uzatmağa cəhd edirlər”.

“Artıq hazırkı erməni iqtidarı reallıqlarla tam barışıb. Bunu Paşinyanın antiterror tədbirləri zamanı sərgilədiyi mövqedə gördük”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı ermənilərin regionda yenidən münaqişə yaratmaq imkanlarını Poliqon-a şərh edərkən qeyd edib.

Ermənilər son məğlubiyyətdən sonra geri çəkilsələr də, bəzi ekspertlərin fikrincə, yenidən təşkilatlana, kiçik qruplar halında terror və təxribatlar törədə bilərlər. Bəs ordumuzun keçirdiyi uğurlu antiterror tədbirlərindən sonra ermənilərin regionda yenidən münaqişə yaratmaq imkanlarını necə dəyərləndirmək olar? Ümumiyyətlə, Ermənistan sülh müqaviləsini imzalamaqdan yayınsa, regionun gələcəyi necə görünür?

Ermənistanın sülhlə bağlı atacağı addımları Poliqon-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Azərbaycan Ordusu elə bir reallıq yaradıb ki, ölkəmiz üçün sülh müqaviləsi artıq arxa plana düşüb”.

Ermənilər tarixi xislətlərinə uyğun olaraq, terror aktlarına əl ata biləcəklərini xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bütün hallarda ermənilər hər dəfə layiqli cavablarını alacaqlar:

“Əvvəla, onu deyim ki, son 23 saat 51 dəqiqəlik antiterror tədbirlərimizdən sonra demək olar ki, sülhə o qədər böyük ehtiyac qalmayıb. Hansı tərəflə sülh müqaviləsi imzalayacağıq? Qarabağda ermənilər belə qalmayıb, Paşinyan da son olaraq, ərazi bütövlüyümüzü tam olaraq dəstəklədiyini bir daha bəyan edib. Azərbaycan Ordusu elə bir reallıq yaradıb ki, ölkəmiz üçün sülh müqaviləsi artıq arxa plana düşüb.

Qaldı ki, ermənilərin “dirçəlməsinə”, bu mümkünsüzdür. Onların başlarına elə Dəmir Yumruq endirmişik ki, çətin bir də özlərinə gələrlər. Bir də xam xəyallara düşsələr, bu dəfə dövlətçilikləri təhlükə altına düşəcək. Bəli, tarixi xislətlərinə uyğun olaraq, terror aktlarına əl ata bilərlər. Amma hər dəfə də layiqli cavablarını alacaqlar. Artıq hazırkı erməni iqtidarı reallıqlarla tam barışıb. Bunu Paşinyanın antiterror tədbirləri zamanı sərgilədiyi mövqedə gördük.

Cavanşir Abbaslı: “Narahatçılığa bir əsas da görmürəm, lakin heç bir halda pessimistliyə qapılmamalıyıq”.

Düşünürəm ki, bu mövqe o hakimiyyətdən gedənə qədər davam edəcək. Onun gedişi isə yaxın gələcək üçün görünmür. Bu isə Azərbaycanın işinə tam yarayır. Maksimum dərəcədə bundan yararlanıb, sülh müqaviləsini imzalayıb, bu münaqişəyə birdəfəlik son qoymalıyıq. Necə deyərlər, hər zamanın bir hökmü var. Ermənistanın artıq sülh müqaviləsinə qol çəkməmək kimi bir şansı qalmayıb. Sadəcə müqavilənin ömrünü uzatmağa cəhd edirlər. Lakin artıq dalana dirəniblər və başqa yolları yoxdur.

Siyasi şərhçi rəsmi Bakının yararlanmalı olduğu məsələləri də qabardıb:

Rusiya-Türkiyə yaxınlığından maksimum dərəcədə istifadə etməliyik. Eyni zamanda, Türkiyəmizin hazırkı gücündən də yararlanmalıyıq. Narahatçılığa bir əsas da görmürəm, lakin heç bir halda pessimistliyə qapılmamalıyıq. 19 sentyabr tarixi ilə Qarabağ münaqişəsini böyük ölçüdə tam olaraq həll etmişik. Qalır, masa üzərində olan məsələlərin həlli. O da güclü diplomatiyamız sayəsində istədiyimiz nəticəni əldə edəcəyik.

Regionun gələcəyi də Azərbaycan adına işıqlı görünür. Çünki, son haqq savaşlarımızla reallığı xeyrimizə dəyişdik. Paralel olaraq, Ərdoğan Türkiyəsi son illərdə sürətlə, misli görünməmiş dərəcədə gücləndi. Güclü Türkiyə isə, güclü Azərbaycan deməkdir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

Ən çox oxunanalar