Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni təxribatlarının miqyası böyüyür... - Nəyə nail ola bilərlər?..

Bu dəfə ermənipərəst konqresmenlər bəyanatlarla kifayətlənməyərək Ermənistana təmsilçilərini də göndəriblər...

Siyasi-şərhçi: “Ermənilər hazırda bütün imkanlardan istifadə edərək sülh prosesini yubatmaq istəyir və ikili oyunlarına davam edirlər”.

ABŞ-ın ermənipərəst konqresmenlərini çıxmaq şərtilə, dövlət strukturları Azərbaycan əleyhinə demək olar ki, açıqlamalar vermirlər”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli amerikalı konqresmen Adam Şiffin sərsəm bəyanatını Poliqon-a şərh edərkən qeyd edib.

Son zamanlar Laçın yolunda baş verənlərə görə mütəmadi olaraq Azərbaycana qarşı beynəlxalq təşkilatlar, xüsusən də Qərb təşkilatları tərəfindən ittihamlar səsləndirilir, çağırışlar edilir. Eyni zamanda erməni lobbisi ilə sıx əlaqəli olan amerikalı konqresmen Adam Şiff Ağ Evə “Artsaxın” müstəqlliyinin tanınmasına” yönəlik çağırış edib. Düzdür, Adam Şiff birinci dəfə deyil ki, sərsəm bəyanatar verir. Ancaq burada diqqəti çəkən məqam odur ki, bu dəfə ermənipərəst konqresmenlər bəyanatlarla kifayətlənməyərək Ermənistana təmsilçilərini də göndəriblər.

Erməni təxribatların miqyasının bu qədər genişlənməsi nədən xəbər verir? Ermənilər vəziyyəti son nöqtəyə qədər kəskinləşdirib nəyə nail ola bilərlər?

Ermənistanın son zamanlarda Azərbaycana qarşı etdi təxribatçı addımları Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Nəinki ABŞ, hətta Paşinyanın özü belə Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa və rəqəm olaraq bunu qeyd edirsə, demək ki, əsas olan budur”.

Ermənilərin yaxın zamanda bizim diqtə etdiyimiz şərtlər əsasında sülh müqaviləsini imzalamağa məcbur olacaqlarını proqnoz edən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, əks halda olacaqları da bilirlər:

“Ermənilər hazırda bütün imkanlardan istifadə edərək sülh prosesini yubatmaq istəyir və ikili oyunlarına davam edirlər. Bir tərəfdən Rusiya söykənərək yardım istəyirlər, digər tərəfdən ABŞ-dan imdad umurlar. Ermənistan höküməti öz iki üzlü siyasəti ilə artıq özlərini hər yerdə biabır ediblər. Onlar hələdə anlamırlar ki, Azərbaycan Cənubi Qafqazın əsas dövlətidir və bunu artıq həm ABŞ həm də Qərb ölkələri başa düşməyə başlayıblar.

ABŞ-ın ermənipərəst konqresmenlərini çıxmaq şərtilə, dövlət strukturları Azərbaycan əleyhinə demək olar ki, açıqlamalar vermirlər. Bu səbəbdən iki-üç konqresmenin bizə qarşı bu formada bəyanatlarını ciddi hesab eləmirəm. Nəinki ABŞ, hətta Paşinyanın özü belə Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa və rəqəm olaraq bunu qeyd edirsə, demək ki, əsas olan budur.

Hesab edirəm ki, ermənilər yaxın zamanda bizim diqtə etdiyimiz şərtlər əsasında sülh müqaviləsini imzalamağa məcbur olacaq. Əks halda olacaqları da bilirlər. Nə Rusiya onlara görə bizə və xüsusən də, Türkiyəyə qarşı ikinci cəbhə açası deyil, nə ABŞ beynəlxalq aləmdə Azərbaycanın tanınan ərazilərini onlara verəsi deyil”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Qəbiristanlığı bəzəyən dəbdəbəli məzar daşları: Bəs dini baxımdan düzgündürmü? - Açıqlama

Bank kartlarından oğurluq halları artıb: Qarşısını necə almalı?

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib - Yenilənib

Ən çox oxunanalar