Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni qadın: “Anam demişdi ki, ilin sonuna qədər siz buradan qovulacaqsınız” - Video

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb...

Oxu.Az xəbər verir ki, “Göyçəyə qayıtsam atamın buradakı məzarından ora torpaq aparacam” adlı buraxılış Göyçə mahalının Basarkeçər rayonunun Dərə kənd sakini Aidə Xudaverdiyevanın həyat hekayəsinə həsr olunub.

O, qədim oğuz yurdu, füsunkar təbiəti olan kənddə uşaqlıq, orta məktəb illərində yaşadığı gözəl anları, məhəllə, dağ, düzənlik, çay, yaylaqlarda, bulaq başında keçirdiyi maraqlı günləri xatırladıb.

Atasının poçtalyon işlədiyini, 10 yaşından qəzetləri kəndə özünün payladığını bildirən A.Xudaverdiyeva adət-ənənələrdən danışıb: “Qış aylarında məktəbin həyətində qar topu oynayırdıq, xizək sürürdük. Novruz bayramında sulaşırdıq. Göyçə gölündə çimdiyimiz anları, o füsünkar təbiətin qoynunda gəzməyi yenidən yaşamaq istəyərdim”.

Onun sözlərinə görə, 1988-ci ilin fevral ayında Qarabağda baş verən hadisələrdən sonra ermənilər qonşu kəndlərdə təxribatlar etməyə başladılar: “Kəndimiz yolun üstündə idi. Hər gün 6-7 karvan maşın gedirdi. Artıq oktyabr, noyabr aylarından insanların narahatlığı başladı, insanlar qorxurdu. Hər gün kəndin əli silah tutan insanları ermənilər 100 illik tarixi olan kəndə hücum etməsinlər deyə növbə çəkirdilər. Atam bizi təhlükəsizlik üçün noyabr 24-də Gəncə şəhərinə gətirdi və o yenidən kəndə qayıtdı. Şəmkir rayonunun Bada kəndindəki ermənilər bizim kəndə dolmuşdular, bütün əşyaları, xalçaları mənimsəmişdilər. Azərbaycanlıların köç maşınlarını ermənilər daşa basırdılar. Atam da zədə almışdı, daş baş hissəsindən yarmışdı. Nəhayət, atam evimizi 1988-ci il dekabrın 7-də Şəmkir rayonunun Bada kəndinə dəyişdi və biz orada məskunlaşdıq”.

Dərə kənd sakini Vətən həsrətinin ağır dərd olduğunu deyib: “35 ildir burnumun ucu sızlayır. Doğulduğum məkana qayıtmaq ən böyük arzumdu. Həqiqətən çox istəyərdim ki, Göyçəyə qayıdım. Atamın buradakı məzarından ora torpaq aparam. Atam elinə, torpağına o qədər bağlı insan idi. Bu gün atamın ruhu şad olsun deyə Qərbi Azərbaycana qayıtmaq istəyirəm. Həm babalarımın, həm də 10 yaşında rəhmətə gedən bacımın ruhunu şad edim. Möhtərəm Prezidentimiz Qarabağı azad etdi, əminəm ki, Göyçəni də qaytaracaq və biz öz yurdumuza qayıdacağıq”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Ən çox oxunanalar