Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Erməni idmançını udmaq çox sevindiricidir” – Mehman Xəlilov

“Erməni idmançıya qalib gəldiyim üçün sevincliyəm. Düşmən ölkənin idmançısına qalib gəlmək çox sevindirici haldır. Görüş çox çətin olmadı. Onunla görüşdən əvvəl də qalib gələcəyimə əmin idim. Allahın köməkliyi ilə qalib gəldim”

Bunu erməni idmançısı Maksim Manukyanı məğlub edərək Azərbaycana II Avropa Oyunlarında ilk bürünc medalı qazandırmış Mehman Xəlilov bildirib.

O, erməni idmançısı ilə qarşılaşmada motivasiyaya ehtiyacının olmadığını qeyd edib:“Məşqçinin əlavə motivasiya verməyinə hər zaman ehtiyac var. Amma rəqibim düşmən ölkədən olduğu üçün ikiqat motivasiyam vardı. Güləşdən sonra əlimi sıxmadı? Hə, nəsə uduzmağından narazı idi. Nəsə uduzmağı ilə barışa bilmirdi.

Mənim atdığım dörd xala etiraz bildirdilər. Amma hakimlər təkrara baxdıqdan sonra gördülər ki, dörd xallıq fənddir. Rəqibim erməni olduğu üçün ilk dəqiqələrdə həyəcan vardı. Amma adam get-gedə açılışır.

Karyeramda daha əvvəl də belə hal olub. İki döyüşə bürünc medal qazanmışam. Bu dəfə təsəlliverici yarışda rəqibim olmadığı üçün birbaşa bürünc medal görüşündə çıxış etdim. Allaha şükür ki, qələbə qazandım”.

Qeyd edək ki, Mehman Xəlilov 57 kq çəki dərəcəsində bürünc medal qazanıb.(Report)

pia.az

 


Etiket: Mehman Xəlilov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

Ən çox oxunanalar