Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erkən nikahların sayı niyə azalmır? - Video

Maariflənmə tədbirlərinə baxmayaraq, son hadisələr hələ də ölkəmizdə erkən nikah probleminin olduğunu göstərir...

Bir müddət əvvəl Masallıda yenicə evlənmiş 16 yaşlı Fatimənin 19 yaşlı əri tərəfindən qətlə yetirilməsi erkən nikah probleminin hələ də aktual olduğunu bir daha göstərdi.

PİA.az Baku TV-yə istinadən xəbər verir ki, Uşaq nikahı adlandırılan erkən nikahların qanunla qadağan olunmasına baxmayaraq, bu cür hallar tez-tez müşahidə edilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov bu problemin aradan qaldırılması üçün insanlar arasında, xüsusən bölgələrdə maarifləndirmə prosesinin aparılmasının əhəmiyyətli olduğunu deyir.

Qız uşaqlarının erkən yaşda ərə verilməsi valideyn zorakılığı sayılır. Bu cür valideynlərin yəni, erkən nikahlara haqq qazandıran, bu nikahların baş tutmasında heç bir problemin olmadığını düşünən insanların əksəriyyəti isə bunu İslam dininin qanunları ilə əlaqələndirir və özlərinə haqq qazandırırlar.

İlahiyyatçı Elşad Miri isə islam dinində erkən nikaha icazə verilməsi ilə bağlı hər hansı hökmün olmadığını deyib: “Peyğəmbər öz qızlarına rəva bilmədiyi bir şeyi dostunun qızına necə məsləhət edə bilər?”

Erkən nikaha girən şəxslərin ailə məsuliyyətini dərk etməməsi fəsadların başlanğıc nöqtəsidir.

Nikah üçün sadəcə fizioloji yox, həm də psixoloji və mənəvi olaraq hazır olmaq lazımdır. Əks təqdirdə Fatimə kimilərin sayı azalmayacaq...

pia.az


Etiket: erkən nikah


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Ancelina Colinin iki sevgilisinin olduğu üzə çıxdı - Onlar kimlərdir?

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

Ən çox oxunanalar