Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Merkellə videokonfransda Şərqi Aralıq dənizindən danışıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkelin videokonfrans formatında görüşü olub.

Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən yayılan açılamada bildirilib.

Telekonfransda hər iki lider Şərqi Aralıq dənizi əsas olmaqla bölgədəki vəziyyəti müzakirə ediblər və bunun ardınca Prezident Administrasiyası acıqlama yayıb.

Açıqlamada bildirilib ki, Şərqi Aralıq dənizindəki gərginliklə əlaqədar Türkiyə özünün və Şimali Kipr türklərinin mənafeyini sonadək qoruyacaq, eləcə də Türkiyə dənizkənarı ölkələrin hüquqlarının tapdalanmamasına tərəfdardır. Yunanıstan və Cənubi Kipr Respublikası bu prinsipləri pozur, bəzi ölkələr isə onların bu haqsız mövqeyini müdafiə edir. Açıqlamada Şərqi Aralıq dənizindəki gərginliyə dəstək verən ölkələrin regional sülhə ciddi zərər verdiyi də vurğulanıb.

Həmçinin açıqlamada Angela Merkelin bu problemin həllinə göstərdiyi cəhdlərin də təqdirəlayiq qarşılandığı qeyd edilib.

Qeyd edək ki, videokonfransda Türkiyə tərəfdən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar, Milli Təhlükəsizlik Təşkilatının sədri Hakan Fidan, PA-nın Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun, Prezidentin mətbuat katibi İbrahim Qalın iştirak ediblər.(apa)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”    

Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb    

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Ən çox oxunanalar