Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan: “Makron ölkəsində, Fransa isə Afrikada etibarını itirir”

Fransa hazırda Afrika ölkələrini istismar edir...

Fransa Prezidenti Emmanuel Makron ölkəsində, o cümlədən parlamentdə, Fransa özü isə Afrikada etibarını sürətlə itirir.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan qeyd edib ki, Makron Fransa parlamentində nüfuzdan düşüb: “O, sadəcə prezident vəzifəsində qalıb. Fransa daim etibarını itirir, beynəlxalq aləmdə də etibarını itirir”.

"Fransa hazırda Afrika ölkələrini istismar edir. Mali hazırda Fransadan tam ayrılmaq vəziyyətindədir. Burkina Faso bunun üçün Fransaya vaxt verdi. Bir aylıq icazə. “Bir ay sonra burada Fransa əsgərlərini görmək istəmirik", - dedilər”, - Ərdoğan vurğulayıb.

Türkiyənin dövlət başçısı bildirib ki, Toqo da eyni addımı atacaq.

Ərdoğan vurğulayıb ki, Fransa lideri, habelə bir sıra ölkələrin rəsmiləri ilə çoxlu görüşləri olub. “Amma səmimi deyillər. Mən açıq deyirəm. İndi danışdığımız hər şey onlara çatacaq”, - Ərdoğan qeyd edib.

“Biz istəyirik ki, beynəlxalq siyasət dürüstlük üzərində qurulsun. Dürüstlük olmayan yerdə etibar yoxdur. Təbii ki, dünyada belə liderlər çoxdur”, - Türkiyə lideri vurğulayıb.

pia.az


Etiket: Ərdoğan Fransa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

Göyçayda avtomobildə üzərində xəsarət olan kişi meyiti tapılıb

Ermənistanın müdafiə naziri maliyyə pozuntularına görə cərimələnib

Ən çox oxunanalar