Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elşad Nuriyev yüksək vəzifəyə təyin edildi - Dosye

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.

Bu vəzifəyə Elşad Nuriyev təyinat alıb.

Qeyd edək ki, o, agentliyin İdarə Heyətinin sədri vəzifəsini icra edirdi.

Bu təyinata qədər Elşad Nuriyev “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə rəhbərlik edib. Elşad Nuriyev “bp Azərbaycan”da, “Azpetrol”da və ADA Universitetində çalışıb, müxtəlif kənd təsərrüfatı və sənaye holdinqlərində rəhbər vəzifələrdə işləyib.

Qeyd edək ki, bu gün İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətində yeni təyinatlar olub.
Ətraflı

Belə ki, Rəvayət Mustafayev agentlik sədrinin birinci müavini təyin olunub. O bundan əvvəl “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də direktor müavini işləyib.

Elxan Şiriyev də agentlik sədrinin müavini təyin edilib. O, 2012-ci ildən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də müxtəlif vəzifələrdə çalışıb və 2019-cu ildən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də direktor müavini vəzifəsini icra edib.

Zamir Dibirov agentlik sədrinin müavini təyin edilib. O bundan əvvəl “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də Aqroparklarla iş departamentinin müdiri, “Aqrar Tədarük və Təchizat” ASC-də müdir müavini vəzifələrində çalışıb.

Eyni zamanda, Fuad Məhərrəmov agentlik sədrinin müavini təyin edilib. Fuad Məhərrəmov bu təyinata qədər “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də direktor müavini, “Azərbaycan İnvestisiya Şirkəti” QSC-də icraçı direktorun müavini vəzifələrində çalışıb.

Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyi ölkədə fəaliyyət göstərən altı sənaye parkının (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, AğdamCəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları), dörd sənaye məhəlləsinin (Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələri) və 51 aqroparkın fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayır və həyata keçirilməsini təmin edir. Bundan başqa, agentliyin nəzdində Peşə Təhsil Mərkəzi də fəaliyyət göstərir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Bakıda “Fransanın Afrikada neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilib

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın işinin təşkili üçün işçi qruplar yaradılacaq

Qurban Qurbanov: "Malmö" ilə oyunda xeyli sayda qol epizodlarımız oldu"

ABŞ-nin dövlət borcu iki gündə rekord həddə artdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay