Ekvadorun Esmeraldas əyalətindəki həbsxanada 2 min əsgər və polisin iştirakı ilə reyd həyata keçirilib. Nəticədə 48 məhbusun qaçması üzə çıxıb...
Poliqon xəbər verir ki, bu barədə Böyüklər və Gənclər üçün İnteqrasiya edilmiş Xidmətlər üzrə yerli Xidmət (SNAI) məlumat yayıb.
SNAI X sosial şəbəkəsində yaydığı hesabında bildirib ki, təhlükəsizlik protokolları işə salındıqdan sonra qaçan 5 məhbus yaxalanıb. Eyni basqın zamanı bir məhbusun öldüyü məlum olub, səbəbləri hələ müəyyən edilməyib,
Qeyd edək ki, yanvarın 7-də Fito ləqəbli Los Çoneros cinayətkar qrupunun lideri həbsxanadan qaçdıqdan sonra Ekvadorda vəziyyət gərginləşib. Bundan sonra bir neçə cəzaçəkmə müəssisəsində iğtişaşlar baş verib. Yanvarın 8-də Ekvador prezidenti Daniel Noboa ölkədə 60 gün müddətinə fövqəladə vəziyyət elan edib.
Yanvarın 9-da Ekvadorda silahlı cinayətkarlar TC Televiziyasının binasına soxularaq jurnalistləri girov götürüblər. Hücum edənlər saxlanılıb. Yerli administrasiyanın məlumatına görə, yanvarın 9-dan 15-dək Ekvadorda 1534 nəfər saxlanılıb.
Poliqon.info