Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert Dadaşlinskidən qaçan deputatları tənqid etdi

"Sualın hansı formatda verilməsi deyil, mahiyyətcə necə olması daha önəmlidir"

“Bəzi millət vəkilləri, tanınmışlar İTV-nin 3D layihəsinə çıxmaqdan imtina ediblər. Düşünürəm ki bu, doğru bir yanaşma deyil”.

“Yeni Sabah” xəbər verir ki, bunu texnologiya üzrə ekspert Osman Gündüz deyib. O, bildirib ki, İTV dövlət büdcəsindən maliyyələşən bir media qurumudur, bu qurumun fəaliyyəti üçün vəsaitin ayrılamsına da elə depuatatlar səs veriblər:

“Sadəcə, elə bu baxımdan onların bu addımı məntiqli görsənmir. Eyni zamanda deputatlar, dövlət məmurları , ictimai yük daşıyan şəxslər də onlara ünvanlanan sualları açıqlamağa borcludurlar. Sualın hansı formatda verilməsi deyil, mahiyyətcə necə olması daha önəmlidir .

Əgər sualda qanunvericiliklə müəyyən olunan qadağalar, etikadan kənar ifadələr, təhqir və böhtan yoxsa onda, fikrimcə, bu cür ictimai yük daşıyan şəxslərin imtinası doğru bir yanaşma deyil.

İTV, dövlət büdcəsindən maliyyələşən media qurumu Azərbaycan reallıqlarını nəzərə alaraq animasiya formatında, anonim formatda suallar ünvanlayırsa, düşünürəm ki adıçəkilən ictimai şəxslər daha çox 3D-nin formatına yox, sualın mahiyyətinə diqqət etməlidir.

Fikrimcə hansısa yeknəsək, mənasız və şablon suallar verən canlı aparıcıdansa elə 3D, Dadaşlinski indiki məqamda daha uğurlu hesab oluna bilər . Cəmiyyət üçün bu sualların hansı formatda verilməsi deyil, daha çox hansı mahiyyətdə sualların verilməsi ictimai əhəmiyyət kəsb edir.

Cəmiyyət bu sualların 3D yaxud Dadaşlinski tərəfindən deyil, elə publik qurum olan İTV tərəfindən verildiyinin fərqindədir. Odur ki , düşünürəm ki, deputatlarımızın İTV-nin fəaliyyətinin daha da canlandırılmasına, plüralizmin inkişafına, aktual mövzular ətrafında maraqlı tərəflərin iştirakı ilə canlı diskussiyaların təşkilinə yönəlik təkliflər verməsi daha doğru yanaşma olardı.

Ümid edirəm hörmətli deputatlarımız və məmurlarımız bunu nəzərə alacaqlar”.

pia.az


Etiket: Osman Gündüz

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Ən çox oxunanalar