Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əkrəm Əylisli: “Özümə maksimum 5 il vaxt qoymuşam”

Bu gün yazıçı Əkrəm Əylislinin 81 yaşı tamam olub

Yazıçı 1937-ci ilin bu günündə Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub.

PİA.AZ xəbər verir ki, modern.az saytı doğum günündə 81 yaşlı Əkrəm Əylisli ilə söhbətləşib.

- Əkrəm müəllim, 81 yaşınız tamam olur. Öncə sizi təbrik edirik.

- Minnətdaram!

- 81 yaşında olmaq necə hissdir? Ümumiyyətlə, doğum günlərinizi necə xatırlayırsız?

- Bilirsiz, siz soruşursuz, çox zaman da bir çoxlarının cavabı standartdan kənara çıxır. Standartlardan kənara çıxmaq istəmirəm. Olanı deyəcəm. Xüsusi günləri qeyd etməyi sevmirəm. Nədənsə mənə qeyri-səmimi gəlir.

- Doğum gününüzdə təbriklər alırsızmı?

- Həmişə bir nəfərdən təbrik alıram. Yenə də yad edənlər sağ olsun.

- O zaman söhbətin səmtini bir qədər dəyişək. Yaradıcılığınızda nə yeniliklər var?

- Yaradıcılığım belədir ki, bu yaxınlarda ABŞ-da 3 cildlik kitabım çapdan çıxıb. Kitabda sovet dövründən sonrakı vaxtlarda yazdığım əsərlər toplanıb. Bu, mənim üçün əhəmiyyətlidir. Sonuncu kitabım çox ciddi kitabdır.

- Bəs mövzusu nədir? Kitabda siyasi motivlər əks olunubmu?

- Siyasət boş şeydir. Bilmirəm, and içsəm inanarsız, yoxsa yox. Siyasətdən çox uzaq insanam.

- Deyəsən "Daş yuxular" əsəriniz sizə siyasətə "imza" atdırdı...

- Vallah, yüz faiz inanıram ki, bizim ən vətənpərvər insanlarımız bu əsərlə fəxr edəcək. "Daş yuxular"da insanları aşağılamamışam. Nə isə... Bu söhbəti uzatmayaq.

- 81 yaş ixtiyarlıq çağıdır... Qocalıq sizi qorxutmur ki?

- Qocalıq qorxutmasa da, arada xəstəlik gəlib qapıda dayanır. Sizə bir etiraf edim: 81 yaş insanın ən kövrək dövrüdür. Belə bir məsəl var. "Filankəs 81 yaşında uşaq kimidir". Bu sözdə çox böyük həqiqət var. Elə bil insan qocalıqda keçmişə qayıdır. Təsəvvür edin: yadıma 50 yaşımı salıram. Elə bilirəm dünəndir. Bir də çönüb 81 yaşında qabağa baxırsan. Heç nə yoxdur. Özümə maksimum 5 il vaxt qoymuşam. Bundan artığını düşünə bilmirəm.

- 30-40 yaş insan həyatının gənclik illəri hesab edilir. O illər üçün darıxırsızmı?

- İnsan üçün ən gözəl illər uşaqlıq çağıdır. 1 yaşdan 10 yaşa qədər olan dünyam və mənim hiss etdiklərim... o qədər maraqlıdır ki, yerdə qalan 70 ildə nə olubsa, onların hamısından təsirlidir.

- O zaman xəyallarızda Əylis kəndinə də tez-tez qayıdırsız?

- Canım da, varlığım da Əylisdir.

- Sanki danışdıqca kövrəlirsiz?

- Qocalıq bunu tələb edir. Bilirsiz, həmişə demişəm ki, pasportum Bakıdadır, qəlbim Əylisdə. Bu, həmişə belə olub. Bakı vətənimin, Əylis isə qəlbimin paytaxtıdır.

- Bu yaşda həyat yoldaşınız yəqin ki, sizə dəstək olur.

- Elə yaşdayıq ki, bir varlıq kimiyik. Allah uzaq eləsin, bir-birimizə yad nəyimizsə yoxdur. Yad mikrob evimizə düşə bilməz. İllərdir ki, beləyik.

- Kişilər yaşlandıqca, həyat yoldaşına daha çox bağlanır deyirlər. Razısızmı?

Bilirsiz, o sözdə müsəlmançılıq damarı da var. Məsələn, deyirlər ki, kişi arvadını tərifləməz. Niyə axı?! Dostumla bağlı söhbətimiz yadıma düşdü. O, həmişə evə çatmağa az qalmış həyat yoldaşını tərifləməyə başlayırdı. Bunu ona görə edirdi ki, içkili vəziyyətdə evə gəldiyinə görə arvad yaxşı qarşılasın. Nə deyirəm, onlarsız günümüz olmasın...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar